Ailəsi üçün aldığı inəyi satıb öz hava yolu şirkətini yaratdı.
Türkiyənin Dənizli şəhərində yaşayan Abdulla Arpa adlı şəxs ailəsi üçün aldığı inəyi satdı. Daha sonra pilot peşə təhsili alıb Yaponiyada öz hava yolu şirkətini qurdu. İbtidai təhsilini maddi çatışmazlıq səbəbiylə ala bilməyən bu şəxs hazırda böyük bir sərvətin sahibidir.
Ən böyük xəyalı pilot olmaq olan Abdullah daha sonra sahib olduğu restoranları sataraq ABŞ-a gedib, Havay ştatında pilot peşə təhsli alıb. O, 6 ay Havaydakı hava yolu şirkətlərinin birində pilotluq fəaliyyəti göstərib.
Sonra Yaponiyaya qayıdan Abdullah kiçik bir sərnişin təyyarəsini icarəyə götürərək özəl şərnişinləri mənzil başına çatdırmağa başlayıb. Sonra bir şirkət quraraq gənclərə pilot təhsili verib. Abdullah hazırda bir necə şirkət və 8 ayrı hava limanında qurduğu ticarət mərkəzlərinə sahibdir.
Maddi çatışmazlıqdan oxumayan, çətinliklər yaşayan Abdullah hazırda böyük bir sərvətə malik nüfuslu insanlardan biridir. O, Yaponiya və Havayda işlərini davam etdirir. Olduqca maraqlı bir həyat hekayəsinə sahib bu adam həyatda heç nəyin mümkünsüz olmadığını sübut edib.(Metbuat.az)