4 il əvvəl yoxa çıxan Malaziya Hava Yollarına məxsus sərnişin təyyarəsinin axtarışları zamanı xilasedicilər 1800-ci illərə aid iki gəminin qalıqlarına rast gəlib.
Nəqliyyat vasitələri Avstraliya sahillərindən 2300 km məsafədə tapılıb. Gəmilərdən ticarət məqsədiylə istifadə edildiyi güman edilir. Qəzaya uğradığı ehtimal edilən gəmilərdə hadisə zamanı ümumilikdə 60-a qədər heyət üzvünün olduğu güman edilir.
Qeyd edək ki, 2014-cü ildə göyərtəsində 239 sərnişinin olduğu təyyarə Kuala-Lumpurdan Pekinə uçarkən yoxa çıxıb.