Türkiyənin Batman əyalətinin Sason rayonunda Heybəli kəndi yaxınlığında ilk dəfə 1300 metr dərinlikdə neft aşkarlanıb.
Kəşfiyyat işi Türkiyənin TPAO şirkəti tərəfindən aparılıb.
Məlumata görə, Heybəli kəndində axtarış-kəşfiyyat işləri iki ay əvvəl başlanılıb. Quyuya "Herent-2" adı verilib.
TPAO ərazidən gündəlik 27 min barel neft hasilatının mümkün olacağını açıqlayıb. (report)