Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Szinpinə rus hamamı hədiyyə edib.
Bu barədə məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yayıb. Onun sözlərinə görə, Szinpinə hədiyyə dünən axşam təqdim edilib.
O, Szinpinə hamamın layihəsinin təqdim edildiyini və yalnız yer seçildikdən sonra rus mütəxəssislərin bu hamamı tikəcəklərini deyib.