Kürdəmirdə sürücülərin qayda pozmalarına qarşı reyd keçirilib.
ARB TV xəbər verir ki, reyd zamanı kimi səhvini boynuna alıb, kimi yol nişanlarını görmədiyini bildirib. Ən maraqlısı isə polisə şeir deyən sürücü olub:
“Salam polisim. Gözlərin itidir, ürəyin hüşyar. Səni də evində gözləyir dildar. Şirin yuxudaykən körpə balalar. Onlara keşikçi qalan polisdir”.
Reyd zamanı 50-yə yaxın avtonəqliyyat vasitələrinə saxla əmri verilib. Protokollar tərtib olunub.