Antalyada keçirilməsi planlanan ən görkəmli hind toyu təxirə düşüb.
Bu barədə turizm şirkətlərindən birinin rəhbəri Bünyat Özpak deyib.
O, bildirib ki, 2018-ci ildə 15 hind toyu təşkil edəcəklər. Özpak təxirə düşən 5 milyonluk toydan da bəhs edib: "Bu il Antalyada indiyə qədərki ən böyük hind toyunu gerçəkləşdirəcəkdik. Toyda Britni Spirs səhnəyə çıxacaqdı. Sənətçiylə müqavilə də bağlandı. Ancaq toy yaxınlaşarkən, gəlinin bir qohumu vəfat etdi. Yas səbəbiylə toy təxirə salındı. Sonra gəlin ilə bəy dalaşdı. Bütün işlərimiz boşa getdi”.