Türkiyə Samsunda köhnə həyat yoldaşı ilə problemləri olduğu üçün intihara cəhd edən gəncə samsunlu vətəndaşların münasibəti qeyri-adi olub.
“Haberler.com” xəbər verir ki, hadisə Atakum bölgəsi Denizevleri məhəlləsində baş verib. Köhnə həyat yoldaşı ilə mübahisə edən və depressiyaya girən 21 yaşlı Murat D. 16 mərtəbəli binanın dam qatına çıxıb. İntihara cəhd edən gənc üçün hadisə yerinə polis və fövqəladə hallar işçiləri səfərbər olunub.
İntiharı bir film kimi izləyən vətəndaşlar öz aralarında “atlayar-atlamaz” kimi şərhlər bildirib. Bəzi vətəndaşlar 16-cı mərtəbəyə çıxan gəncə “aşağı düş oradan. Oradan atlamaq cəsarət istəyir” kimi sözlər deyib.
Daha sonra gənc adam ekspert tərəfindən razı salınaraq aşağı endirilib və polis bölməsinə aparılıb.