İtaliyanın çimərlikləri ilə məhşur olan Sardinya adasından çimərlik qumu oğurlayan bir ingilis turisti 1000 avro cərimə edilib.
Eurasia Diary, yerli mətbuatda yayılan xəbərlərə əsasən bildirir ki, Sardinyanın "zümrüd sahilləri" kimi tanınan şimal-şərq hissəsində istirahət edən turist polislər tərəfindən yaxalanıb.
Bir şüşə dolusu çimərlik qumu "oğurladığı" ortaya çıxan turistə 1000 avro pul cəriməsi kəsilib.
La Nuova Sardegna qəzeti "qum oğrusu" turistin Napolli əsilli bir ingilis vətəndaşı olduğunu yazıb.
Ağ və zərif qumlu sahilləriylə İtaliyanın ən gözəl çimərlikləri siyahısında ilk sıralarda yer alan Sardinya adası bu təbii xəzinəsini qorumaq üçün 2017-ci ildə qəbul edilən yerli qanunla qum, midye qabığı, daş kimi maddələrin götürülməsini qadağan edib.
"Qum oğrusu" kimi qəbul edilən bu şəxslərə qarşı 500-3000 avro arası pul cəriməsi tətbiq edilir.
Sardinyanın hava limanlarında tez-tez turistlərin baqajlarında "oğurluq qum" axtarışları həyata keçirilir.
Ötən il təkcə Alghero şəhərinin aeroportunda 200 kiloqramdan artıq çimərlik qumu müsadirə edilib.
2015-ci il məlumatlarına görə isə Sardinyanın paytaxtı Kalyari hava limanında müsadirə edilən qumun miqdarı 5 tona çatıb.
Sosial mediada "1000 avro çox az!" şərhləri
Sardinya çimərliklərini qorumaq məqsədiylə yaradılan bir qrup Facebook-da "Soyulan və talan edilən Sardinya" adıyla bir hesab açaraq məlumatlandırma işləri aparır.