Pentaqon bir il ərzində ABŞ prezidenti Donald Trampın iki ehtiyat təyyarəsinin interyerinin (içərisinin) dəyişdirilməsinə 34 milyon dollardan çox vəsait xərcləyib.
Eurasia Diary "Defence One"ə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri avqustun 14-də "Boeing" şirkəti ilə 16 milyon dollarlıq müqavilə imzalayıb.
Müqavilə prezident təyyarələrindən birinə interyerin təkmilləşdirilmiş detallarının quraşdırılmasını nəzərdə tutur. Bundan başqa, təyyarənin VIP kabinəsində yeni xalılar döşənəcək və oturacaqlar qoyulacaq.