18 MAY təqvimdə

Maraqlı 09:05 18.05.2016

2015-ci il. Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.

Forumda 100-dən çox ölkənin nümayəndəsi, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi, UNESCO-nun, ISESCO-nun baş direktorları, İslam Əməkdaşlıq Təşkilatının baş katibi və digər nüfuzlu beynəlxalq qurumların nümayəndələri iştirak ediblər.

1992-ci il. Laçın  rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Laçının işğalı ilə Ermənistan Dağlıq Qarabağdakı separatçılarla birbaşa əlaqəni təmin edib. Artıq 24 ildir ki, 60 mindən çox laçınlı Azərbaycanın 59 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq məcburi köçkünlük həyatı yaşayır.

Əhəmiyyətli geostrateji mövqeyə, zəngin iqtisadi potensiala malik Laçının müdafiəsi zamanı 267 nəfər şəhid olub, yüzlərlə insan yaralanıb, 871 uşaq yetim qalıb.

 

 

1927-ci il. Görkəmli cərrah-uroloq, akademik Mirməmməd Cavadzadə anadan olub (1927-2008). M.Cavadzadə Azərbaycanda tibb elminin inkişafındakı böyük xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən 2007-ci ildə “İstiqlal” ordeni ilə təltif edilib.

1652–ci il. Britaniyanın müstəmləkəsi olan Rod Aylend ştatında Şimali Amerikada ilk dəfə köləliyi qadağan edən qanun qəbul edilib.

1756-cı il. Böyük Britaniyanın Fransaya müharibə elan etməsi ilə Osmanlı İmperiyasından başqa Avropanın bütün böyük dövlətlərinin iştirak etdiyi yeddiillik müharibə başlayıb.

1804-cü il. Napoleon Bonapart Fransa Senatı tərəfindən imperator elan edilib.

1920-ci il. Vatikan dövlətinin sabiq rəhbəri və 264-cü Roma Papası II İohann Pavel anadan olub (1920-2005).

Polşada dünyaya göz açan Karol Yuzef Voytila 1523-cü ildən sonra qeyri-italyan mənşəli ilk Roma Papasıdır. O, 1967-ci ildə kardinal rütbəsi alıb və 1978-ci ildə II İohann Pavel adı ilə Roma Papası kimi fəaliyyətə başlayıb. 2002-ci ildə Papa II İohann Pavelin Azərbaycana tarixi səfəri olub.

1936-cı il. Görkəmli qazax şairi, yazıçı, alim, dövlət xadimi, ictimai xadim Oljas Süleymenov anadan olub. Onun məşhur “Az-Ya” kitabı, şeirləri və məqalələri 1980-ci illərdən Azərbaycanda nəşr olunmağa başlanıb. Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliğindəki xidmətlərinə görə Oljas Süleymenov “Şöhrət” və “Dostluq” ordenləri ilə təltif edilib.

1944-cü il. İosif Stalinin əmri ilə Krım tatarlarının zorla Orta Asiyaya və SSRİ-nin mərkəzi vilayətlərinə köçürülməsinə başlanılıb. Deportasiya edilən 300 minə yaxın insanın 46 faizdən çoxu yolda və qürbətdə həlak olub. Hazırda Krım tatarlarının bir hissəsi Özbəkistanda və Qazaxıstanda, Rusiya Federasiyasının Krasnodar və Stavropol diyarlarında məskunlaşıb. Bu gün Krımda 400 minədək tatar yaşayır.

1990-cı il. Fransada modernləşdirilmiş TGV qatarının saatda 515,3 kilometr sürətlə hərəkət etməsi ilə yeni dünya rekordu müəyyənləşib.

"Azərtac"

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı