Rusiya Prezidenti Vladimir Putin uzun səfərlər zamanı adətən rəsmi sənədlər üzərində işləyir, medianı nəzərdən keçirir.
Eurasia Diary xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov "Rusiya-1" telekanalına müsahibəsində deyib.
Müsahibə zamanı Peskova Putinin uzun səfərlər zamanı nə etdiyi barədə suala belə cavab verib:
"Putin uzun səfərlər zamanı sənədlər üzərində işləyir. Sərəncam və göstərişlər üzərində çalışır. Çünki bunların öncə prezident tərəfindən imzalanması lazımdır. Bundan əlavə, özü üçün hazırlanan televiziyadan xülasələri izləyir, qəzet çıxarışlarını oxuyur. Ancaq onun təyyarədə bədii əsər oxumaq üçün vaxtı olmur".