Amerikalı aktyor Silvestr Stallone həmkarı Robert De Niro ilə maraqlı videosunu paylaşıb.
Eurasia Diary xəbər verir ki, Stallonenin rəsmi “Instagram” səhifəsində videonu aşağıdakı qeydlərlə paylaşıb.
“Bir neçə il bundan öncə Robert De Niroya “qəzəbli öküzün italyan ayqıra qarşı” boks xoreoqrafiyasını göstərirdim. Sən kimə üstünlük verərdin? ... Rokki bir tərəfdə”.
Xatırladaq ki, 2013-cü ildə Stallone ilə De Niro iki veteran boksçunun həyatından bəhs edən bədii filmdə baş rollarda çəkilib.