ABŞ prezidenti Donald Tramp öz “Twitter” səhifəsində Meksika ilə sərhəddə inşa olunan divarın şəklini paylaşıb.
Eurasia Diary Oxu.Az-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri seçkilərdən öncə verdiyi sözləri, əməldə də yerinə yetirdiyini vurğulayıb.
“Yalançı KİV-lər hər zaman yazır ki, guya biz heç bir YENİ DİVAR inşa etməmişik. Aşağıdakı fotoşəkildə yalnız divarın tikintisinin baş çatmış hissəsi göstərilib. Çox hündür, etibarlı və gözəldir”, – deyə Tramp bildirib.
Bundan əvvəl, ABŞ mətbuatında divarın konstruksiya nümunələrinin aşağı keyfiyyətli olduğu haqqında məlumat yayılmışdı. İddiaya görə konstruksiya kifayət qədər etibarlı deyil və onun detallarını mişarla belə kəsmək olar.
The Fake News Media keeps saying we haven’t built any NEW WALL. Below is a section just completed on the Border. Anti-climbing feature included. Very high, strong and beautiful! Also, many miles already renovated and in service! pic.twitter.com/UAAGXl5Byr
— Donald J. Trump (@realDonaldTrump) 11 января 2019 г.