Mançester Yunayted"dən ayrılan Joze Mourinyo hazırda çalışdığı "beIN Sports" kanalına maraqlı açıqlamalar verib.
Təcrübəli mütəxəssis "Çelsi"dəçalışdığı günlərdən söz açıb.
Belə ki, 2004/05 mövsümündə Çempionlar Liqasının 1/8 final mərhələsində "Barselona" ilə cavab görüşündə qeyri-etik hərəkətlər edən Mourinyo iki oyunluq cəzalandırılmışdı. Bu səbəbdən də o, 1/4 finalda "Çelsi"nin Münhen "Bayern"i ilə oyunlarında texniki zonada ola bilməyəcəkdi. Hətta UEFA Mourinyoya paltardəyişmə otağına girişi və texniki zona ilə əlaqə saxlamağı da qadağan etmişdi. Qərara əsasən, 55 yaşlı çalışdırıcı yalnız tribunada - VİP lojada matçı seyr edə bilərdi.
Mourinyonun köməkçisi Ruy Faria həmin gün özünü şübhəli aparırdı. Başqa vaxt papaq taxmayan adam oyun günü bu addımı atmışdı. Sən demə, məşqçi qulaqcıqla Mourinyo ilə əlaqə saxlamaq üçün bunu edib. UEFA nümayəndəsinə yaxalanmamaq üçün belə bir atılıb.