KQB polkovniki sərhədi baqajda keçdi İngiltərəyə işləyən nəhəng “köstəbək”

Maraqlı 12:10 26.01.2019

KQB polkovniki Oleq Antanoviç Qordievski 1985-ci ildə SSRİ-dən Böyük Britaniyaya qaçan az sayda məşhur agentlərdən biridir.

İngiltərə xarici kəşfiyyat xidmətinin agenti olan Oleq həbs ediləcəyi xəbərini aldıqdan sonra Moskvadan Sankt-Peterburqa gedib, oradan isə Finlandiya ilə sərhəd rayonuna gəlib. Burada Böyük Britaniya diplomatları Oleq Qordievskini diplomatik yükə yerləşdirərək SSRİ sərhədçilərinin xəbəri olmadan Finlandiyaya keçiriblər.

Eurasia Diary Oleq Qordievskinin dosyesini təqdim edir:

Oleq 1938-ci ildə Moskvada doğulub. 1962-ci ildə Moskva Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsini bitirib. Daha sonra Dövlət Təhlükəsizlik Komitəsində işə başlayıb.

KQB-nin I İdarəsində qeyri-leqal kəşfiyyat bölməsində işləyib. SSRİ dövründə nadir iş hesab olunan xaricdə yaşamaq və fəaliyyət göstərmək imkanı əldə edib.

1966-1970-ci illəri əhatə edən Danimarka fəaliyyəti onun ilk xarici ölkə işi olub.

SSRİ-nin Danimarkadakı konsulluğunun əməkdaşı kimi pərdələnən Oleq Danimarkada KQB üçün kəşfiyyat informasiyası toplamaqla məşğul olub.

Burada SSRİ-nin dünyadakı oynadığı rol onda təəssüf hissi yaradıb.

1968-ci ildə qeydə alınan “Praqa yazı” olayından sonra Oleq Danimarkada Britaniya kəşfiyyatının maraq dairəsinə daxil olub.

1970-1972-ci illərdə Moskvada KQB-nin kəşfiyyat xidmətinin mərkəzi aparatında xidmət edib. Coğrafiya bölməsində çalışan Oleqin şöbəsi eyni zamanda Böyük Britaniya və Skandinaviya ölkələri ilə bağlı iş aparıb.

1972-ci ildə Oleq Qordievski Kopenhagenə göndərilib.

1973-cü ildə o, KQB-nin Danimarka rezidentinin müavini təyin edilib. 1978-1982-ci illərdə casus Moskvadakı KQB kəşfiyyat idarəsində xidmət keçib.

1982-ci ildə Qordievski KQB-nin London rezidenturasına təyinat alıb.

O, Londonda SSRİ səfirliyinin diplomatik sığınacağı altında işləyib.

1984-cü ildə KQB-nin Londondakı rezidenti A.Qukanı arzuedilməz persona elan edib. Yeni rezident L.Nikitenko təyin edilib, onun müavini isə Qordievski olub.

1984-cü ildə SSRİ Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Qarbaçovun London səfəri zamanı Qordievski onda müsbət təəssürat yarada bilib. 1985-ci ildə Qordievski Londonda KQB-nin rezidenti təyin edilib.

1985-ci ilin martında KQB-nin Vaşinqtondakı kəşfiyyatçıları Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) zabiti Oldriç Eymsi “verbovka” edərək əməkdaşlığa cəlb ediblər.

Bundan sonra Oldriç Eyms ABŞ kəşfiyyatı, onun SSRİ ilə bağlı planları, SSRİ-dəki Amerika kəşfiyyatçıları haqqında KQB-yə informasiya sızıntısı təşkil edib. Onun təqdim etdiyi informasiyalar sayəsində Böyük Britaniya kəşfiyyatına işləyən KQB əməkdaşlarını müəyyən edə biləcək sənədlər də olub. Elə KQB bu sənədləri əldə etdikdən sonra Londondakı rezidenti Qordievskidən şübhələnib.

KQB-nin bu şübhələri səbəbindən 1985-ci ilin mayında Qordievski konsultasiya bəhanəsi ilə Moskvaya çağırılır.

O, mayın 19-da Moskvaya gəlib və qeyri-rəsmi istintaqa cəlb edilib. Sübuta yetirilməyən iddiaya görə, Qordievski mayın 27-də KQB-nin Moskva şəhəri ətrafında yerləşən məntəqəsinə aparılıb və burada 5 saat ərzində sorğu-sual edilib. Lakin Qordievski onun qarşısına qoyulan və hələlik təsdiqini tapmayan informasiyaları qəti şəkildə inkar edib. Burada ona elan edilib ki, daha Londonda fəaliyyət göstərə bilməz və KQB-nin kadrlar idarəsinin sərəncamına verilib, onunla bağlı yalnız SSRİ daxilində təyinat ola bilər.

Son bir ayı KQB-nin sanatoriyasında qalan Qordievski burada müşahidə altında olduğunu hiss edir və qısa müddətdən sonra Moskvaya qayıdır. Anlayır ki, onun ikili agent kimi tam ifşa edilməsi sadəcə zamanla bağlı məsələdir. Bu səbəbdən də SSRİ-dən qaçmaq haqqında qəti qərar verir. Casusun qeyri-leqal olaraq SSRİ-dən qaçmaq planı Britaniya kəşfiyyatı ilə hazırlanır. Bu plan 1985-ci ilin 19 iyulunda icra olunur.

İyulun 20-də onun uğurlu qaçış planı baş tutur. Moskvadan Sankt-Peterburqa gələn Oleq Finlandiya ilə sərhəd rayona keçir. Burada onu Britaniya diplomatları götürür və SSRİ-Finlandiya sərhəd nəzarət-buraxılış məntəqəsindən diplomatik yük adı ilə avtomobillə ölkədən çıxara bilirlər.

1985-ci ilin sentyabrında Qordievskinin informasiyası əsasında Böyük Britaniya hakimiyyəti SSRİ-nin toxunulmaz diplomat və jurnalist adı altında fəaliyyət göstərən 31 kəşfiyyatçısını “Persona non qrant” elan edir. SSRİ isə buna cavab olaraq Moskvadakı Böyük Britaniya səfirliyinin 25 əməkdaşını ölkədən çıxarır.

Oleq Antanoviç Qordievskinin qaçışından sonra Moskvada onunla bağlı cinayət işi açılır, casusun fəaliyyəti ifşa olunur. Məhkəmə Oleq Antanoviç Qordievskini vətənə xəyanətdə günahkar bilir və əmlakı müsadirə olunmaqla barəsində qiyabi ölüm hökmü çıxarır. 1991-ci ildə SSRİ dağılsa da bu ölüm hökmü qüvvəsini itirmir.

Lakin casusun mülkiyyətinin müsadirəsi haqda qərar onun Moskvada qalan xanımı Leyla Əliyevanın 1989-cu ildə etdiyi xahişi əsasında icra olunmur. Leyla Əliyeva iki qızı ilə birlikdə elan edir ki, ərinin Böyük Britaniya kəşfiyyatının agenti olması haqda heç vaxt məlumatlı olmayıb.

Böyük Britaniyada yerləşən Qordievski isə ailəsinin onunla yenidən birləşmək hüququnun təmin edilməsinə dəfələrlə cəhdlər edir, lakin sovet hakimiyyəti bu təşəbbüsləri rədd edir. Casusun xanımı Leyla iki qızı ulə birlikdə 1991-ci ilin sentyabrında Londona gedir və 6 ildən sonra ailə yenidən birləşmək imkanı əldə edir. Lakin Leyla Əliyeva əri Qordievski ilə uzunmüddətli yaşamağa razılaşmır və boşanma təşəbbüsü ilə çıxış edərək qızları ilə birlikdə ondan ayrılır.

Qordievski isə Böyük Britaniyada məskunlaşdıqdan sonra KQB-nin daxili strukturu, əməliyyatları və metodları haqqında kitab yazır. Onun yazdığı kitabların ən məşhuru isə “Növbəti dayanacaq-güllələnmə” memuarı olur.

SSRİ KQB-sinin sədri, general Vladimir Semçastnıy qeyd edib ki, Qordievski ikili agent kimi fəaliyyəti dövründə daha çox SSRİ xüsusi xidmətinə zərər verib. Hətta onun verdiyi zərər general Kaluqinin zərərindən daha çox olub.

Ortaya çıxan maraqlı məqamlardan biri də odur ki, Kremlin məşhur tənqidçisi olan Aleksandr Litvinenkonun qətlindən sonra onun işinin araşdırılması mərhələsində Qordievski Böyük Britaniya istintaq orqanlarına vacib məsləhətlər verib.

SSRİ KQB-nin I Baş İdarəsinin keçmiş polkovniki olan Oleq Qordievski fəaliyyəti dövründə Böyük Britaniya kəşfiyyatına casusluq edib və buna görə barəsində qiyabi ölüm hökmü çıxarılıb. Onun Böyük Britaniya kəşfiyyat xidmətində fəaliyyəti “Ovation” adı ilə keçir.

Kembric Universitetinin professoru, kəşfiyyat tarixçisi Kristofer Endrunun fikrincə, Qordievski Penkovskidən sonra Britaniya kəşfiyyatının SSRİ xüsusi xidmətində ələ keçirdiyi ən nəhəng “köstəbək”dir.

Qordievskinin ABŞ prezidenti Reyqan və İngiltərə baş naziri Tetçer tərəfindən qəbul edilməsi onun Qərb kəşfiyyat şəbəkəsi üçün nə dərəcədə dəyərli fiqur olduğuna açıq işarə hesab oluna bilər.

Hazırda 81 yaşı olan polkovnik Qordievskinin Böyük Britaniyada yaşadığı təxmin edilir.

İngiltərə Kraliçası II Yelizavet 2007-ci ildə Qaordievskimi Müqəddəs Mixail və Georgi mükafatı ilə təltif edib. Tetçer isə 2007-ci ilin 18 oktyabrında Oleq Qordievskini mükafat alması münasibəti ilə rəsmən təbrik edib.

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı