Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron sosial mediada gündəm olub.
Eurasia Diary publika.az-a istinadla xəbər verir ki, birinci xanımın Misir səfərində geyindiyi 725 avro dəyərindəki “Louis Vuitton” markalı idman ayaqqabısı vətəndaşlar tərəfindən müzakirə mövzusu olub.
Fransada iqtisadi şərtlərin ağırlaşması və yanacağın qiymətinin qalxması ilə həyat şərtlərinin pisləşməsi nəticəsində “Sarı jiletlilər” üsyanının tüğyan etdiyi dövrdə Bricit Makronun bu qədər bahalı ayaqqabı geyinməsi fransalıların qəzəbinə səbəb olub.
Bu tənqidlərə cavab olaraq birinci ledinin yaxınları “Daily Mail” qəzetinə ayaqqabının icarəyə götürüldüyünü açıqlayıb. Onlar bildirib ki, birinci xanımın heç bir geyimi özünə aid deyil. Onun geyimləri pulsuz şəkildə Prezident Sarayı tərəfindən gətirilir və ya fransız dizaynerləri tanıtım məqsədilə Bricit Makrona öz məhsullarını göndərir.