“The Washington Post” qəzeti ABŞ prezidenti Donald Trampın hakimiyyətinin ikinci dövründə Konqressə göndərdiyi “Ölkədə vəziyyət” adlı mesajında 26 yanlış fikir səsləndirdiyini iddia edib.
Eurasia Diary “Qafqazinfo”-a istinadla xəbər verir ki, nəşr Trampın bu yalanlarını dəfələrlə təkrarladığını yazıb. Məsələn, o, tez-tez prezidentliyi dövründə ölkədə açılan iş yerlərinin artdığını vurğulayır. Halbuki, bu müəssisələr seçki kampaniyası dövründən yaradılıb.
ABŞ prezidenti 5,3 milyon yeni iş yerinin açıldığını desə də, 2017-ci ilin yanvarından təxminən 4,9 milyon iş yeri qurulub.
Amerika dövlət başçısı hazırda ölkədə 157 milyon insanın işlədiyini və bunun ilk belə fantastik rəqəm olduğunu açıqlasa da, bu da növbəti yalanlardan biridir.