ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton, çıxışı zamanı işıqlar sönən Venesuela lideri Nikolas Maduronu məsxərəyə qoyub.
Eurasia Diary RİA "Novosti"yə istinadən xəbər verir ki, məsələyə münasibət bildirən Bolton "Twitter"də yazıb:
"Venesuelada Maduro mafiyası üçün "işığı söndürmək" vaxtı gəldi".
Dövlət xadimi öz mikrobloquna Maduronun çıxışı zamanı işıqların əvvəlcə "göz vurduğu", sonra isə tamamilə söndüyü, bu səbəbdən də Venesuela liderinin nitqinin yarımçıq qaldığı kadrları yerləşdirib.