Kremldə kök salmış “qoca”lardan daha biri Suslovun uğursuz bacanağı Pelşe

Maraqlı 21:10 11.02.2019

“Əks halda partiya biletini stolun üstünüə qoyacaqsınız” – kimi kommunistləri qorxudan bu ifadə məhz onun dövründə meydana gəlib. O, Kremlin göstərişlərini, yazılmış və yazılmamış qanunlarını pozan yüksəkçinli kommunistlərə sonuncu xəbərdarlığı bu ifadə ilə bildirib. Vladimir İliç Leninin dövründən Yuri Andropovun hakimiyyəti illərinə qədər siyasi fəallığını itirməyən Arvid Pelşe nadir sovet məmurlarındandır ki, bu uzun müddət ərzində Kremldəki yerini və mövqeyini qorumağı bacarıb.

Arvid Yanoviç Pelşe 1899-cu ildə Latviyada, Kurlyand quberniyasında kəndli ailəsində anadan olub. Gənc yaşlarından bolşevik partiyasının sıralarına qoşulub, təbliğat və təşviqat işləri aparıb, oktyabr inqlabının fəal iştirakçılarından olub. 1918-ci ildə Ümumrusiya Fövqəladə Komissiyasında (ÇK) işə qəbul olunub. Məhz bu ərəfədə fəallığı ilə fərqlənən Pelşeni xüsusi və məxfi göstərişləri icra etmək üçün Lenin Latviyaya göndərib. Latviya kommunistlərinin məğlubiyyətindən sonra Arvid Pelşe Moskvaya qaçıb.

Tarix institutunda ali təhsil alan fəal kommunist ordu bölmələrində mühazirələr oxuyub. Bir müddət “NKVD”-nin nəzdində olan xüsusi məktəbdə pedaqoji fəaliyyətlə məşğul olan Pelşe yenidən doğma vətəninə, Latviyaya qayıdıb.

Latviya SSRİ-nin tərkibinə daxil ediləndə Kreml Pelşeni Latviya Kommunist partiyası Mərkəzi Komitəsinə katib təyin edib. 1941-1959-cu illərdə bu vəzifədə özünü doğruldan Pelşeyə sonra daha yüksək vəzifə, Latviyanın birinci katibi kürsüsü həvalə edilib.

Latviyada işlədiyi dövrdə Arvid Pelşe Kremlin bütün göstərişlərini müzakirəsiz və layiqincə yerinə yetirməklə SSRİ rəhbərliyi üçün sədaqətli kadr sayılıb və o, 1966-cı ildə Moskvaya, Mərkəzi Komitə yanında Partiya Nəzarəti Komitəsinin sədri vəzifəsinə dəvət olunub. Pelşe ömrünün sonuna, 29 may 1983-cü ilə qədər bu vəzifədə çalışıb.

Müasirlərinin qənaətinə görə, Pelşenin Kremldə fəaliyyəti yalnız rəhbərliyin göstərişləri ilə bağlı olub. O, Siyasi Büro üzvü kimi heç vaxt müstəqil fikir irəli sürməyib, şəxsi mövqeyi olmayıb. İddialı siyasətçi sayılmayan Pelşe rəhbərlik üçün “rahat” məmur kimi qəbul olunub.

Vəfatından sonra tutduğu vəzifədə Pelşeni əvəz edən Mixail Solomentsev onun bu illər ərzində apardığı işlərə nəzər salanda təəccübünü gizlədə bilməyib və öz xatirələrində bu haqda yazıb:

“Arvid Pelşe Partiya Nəzarəti Komitəsinin sədri kimi çox kiçik işlərlə məşğul olub. Məsələn, kommunistlərin evlənməsi və boşanması, sərxoşluğa qarşı mübarizə, məişət problemləri kimi məsələlərdən kənara çıxmayıb. Halbuki bu vəzifə sahibi Siyasi Büronun, plenumların qərarlarının yerlərdə icrasına nəzarət etməli idi. Pelşe isə bu işlərdən tam xəbərsiz olub. Vəzifəsini rəhbərliyə quru arayışlar təqdim etməklə bitmiş hesab edib...”

Partiya nəzarətini lazımi səviyyədə həyata keçirə bilməyən Pelşenin şəxsi həyatında da böyük nəzarətsizlik olub. Mövcud dövrdə bir neçə dəfə evlənib boşanmaq kommunist əxlaqına zidd sayılsa da, Pelşe üçün bu məqbul sayılıb. Birinci nikahı qısa müddətdən sonra pozulub. O, ikinci dəfə Suslovun həyat yoldaşının bacısı ilə ailə həyatı qurub. Ancaq bununla da kifayətlənməyib, nikah rəsmi olaraq pozulub. Pelşe üçüncü dəfə Kremldə Stalinin şəxsi katibi olmuş Poskrebışevin həyat yoldaşı ilə evlənib.

Arvid Pelşe zəngin həyat tərzini sevməsə də mükafatlar sarıdan zəngin kolleksiyası olub. O, iki dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adına, yeddi dəfə isə “Lenin” ordeninə layiq görülüb.

Pelşe SSRİ-nin siyasi müstəvisində çox da böyük populyarlıq qazanmasa da 84 yaşına kimi Kremlin dəhlizlərində Siyasi Büro üzvü kimi ən çox gözə dəyən və ən yaşlı məmurlardan biri olub. Ömrünün və siyasi fəaliyyətinin son illərində Pelşenin

yaddaşında nəzərəçarpacaq dərəcədə problemlər yaranıb. Hətta bu problem lətifəyə də çevrilib:

“Brejnev Siyasi Büro üzvlərini kabinetinə dəvət edir və Pelşe haqqında məsələ qaldırır:

- Yoldaşlar, biz Pelşe haqqında ciddi qərar qəbul etməliyik. Bu insan qocalıb, iş qabiliyyətini itirib, görmə qabiliyyətində və yaddaşında ciddi problemlər var.

Pelşe əlini qaldıraraq söz istəyir. Baş katib ona söz verir.

- Leonid İliç, nə təklif edirsiniz? Mən sizin bütün təkliflərinizlə razılaşaram.

- Yoldaş Pelşe, təklif edirəm ki, sizi Siyasi Büro üzvlüyündən çıxaraq.

Pelşe təəccüblü şəkildə soruşur:

- Leonid İliç, məgər mən Siyasi Büronun üzvüyəm???”

Arvid Pelşe 29 may 1983-cü ildə 84 yaşında vəfat edib. O, iş gününün sonuna yaxın özündə narahatlıq hiss edib. Onu Kreml xəstəxanasına çatdırsalar da, həyatını xilas edə bilməyiblər.

Pelşenin nəşi yandırılaraq Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub. Dəfn mərasimi televiziya vasitəsi ilə canlı yayımlanıb.

Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO

Xəbər xətti

Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
President Ilham Aliyev: ‘Azerbaijan is determined to continue active interaction with Kyrgyzstan in all areas’
14:38 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR - VİDEO
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Hamısı