Rusiya Prezidenti Vladimir Putin Soçi şəhərində cüdo yığmasının üzvləri ilə bir araya gəlib.
Eurasia Diary xəbər verir ki, “Yuq-sport” idman zalında baş tutan görüşdə dövlət başçısı kimano geyinərək əvvəlcə isinmə hərəkətləri edib, daha sonra yığmanın üzvləri ilə güləşib.
Prezident çempion Beslan Mudranovla güləşi zamanı sağ əlindəki barmağını zədələyib.
Adi plasterlə barmağını sarıyan Putin yenidən məşqə davam edib.