Zibil məsələsi bizdə və onlarda...

Maraqlı 04:48 24.02.2019

Son illər Bakı şəhərində məişət tullantılarının daşınması, utilizasiyası istiqamətində  xeyli  işlər  görülüb. Artıq paytaxtda zibillərin böyük bir hissəsi “Təmiz Şəhər” ASC-nin Balaxanıda yerləşən Məişət Tullantılarının Çeşidlənməsi və Yandırılması zavodlarında emal olunur. Amma buna baxmayaraq, hələ də tullantıların yığılması, daşınması və yerləşdirilməsi ilə bağlı ciddi problemlər qalmaqdadır.

Bakıətrafı ərazilərdə, o cümlədən respublikanın rayonlarında tullantıların yığılması ilə bağlı problem daha ciddidir. Belə ki, bir çox qəsəbələrdə sakinlər tullantıları atmağa zibil qutuları tapmadığından onları ya evlərin, məhəllələrin kənarına atır, ya da həyətdə torpağa basdırır. Çoxmərtəbəli binalarda isə sakinlərin tullantıları yaşadıqları binaların girişinə, küçəyə, hara gəldi tullaması halları hələ də var. Yaxud şəhərətrafı qəsəbələrdə zibil qutuları bir çox hallarda “əlçatmaz” məkanlarda-yağışda palçığı dizə çıxan yerlərdə qoyulur ki, sakinlər də belə qutulara “yan ala” bilməyib zibilləri hara gəldi atırlar.

Bəs dünyanın inkişaf etmiş ölkələrində məişət tullantıları ilə bağlı vəziyyət necədir? Oralarda da “pampersləri” yaşadıqları binaların bloklarına, hətta liftlərin içərisinə atanlara rast gəlinirmi? Yaxud tullantıların yığılması və emalı necə təşkil olunub?

Eurasia Diary Virtualaz.org-a istinadən bu mövzu ilə bağlı İsveç nümunəsini təqdim edir. Belə ki, bu ölkədə nəinki sadaladığımız problemlər mövcud deyil, üstəlik İsveçdə zibil qıtlığıdır və hətta xaricdən zibil idxal edirlər. Çünki hökumət məişət tullantılarının utilizasiyası ilə bağlı məsələni o qədər mükəmməl şəkildə nizamlayıb  ki, ölkədə zibil qıtlığı yaranıb. Məcbur olub xarici ölkələrdən zibil almalı olublar.

Bu ölkədə çoxdandır ki, bütün tullantılar və yanacaq təkrar emal olunur. Məsələn, plastik materiallar 7 dəfə təkrar emal oluna bilir və bundan sonra da yanacaq kimi elektrik stansiyasına göndərilir. Əhali arasında daim maarifləndirmə işi aparılır və onlara tullantılardan düzgün istifadə yolları öyrədilir.  

Hər bir ailənin  sərəncamında zibillərin çeşidlənməsi üçün 6 və ya 7 ədəd zibil qutusu var. Burada  plastik materiallar, kağız, şüşə, karton, metal və digər materiallar ayrıca toplanır. Daha bir qutu isə təkrar emal edilə bilməyən tullantılar üçün nəzərdə tutulur. Stokholmda hətta balacauşaq da konfet kağızını yanlış konteynerə atmır. Uşaq bağçaları və məktəblərdə zibilin düzgün şəkildə çeşidlənməsi öyrədilir və qutulardan qeyri-düzgün istifadəyə görə cərimə nəzərdə tutulur.

Televizorlar, divanlar, tikinti materialları kimi böyük əşyalar xüsusi stansiyalara gətirilir. Orada məhsullar hissələrə ayrılır və istehsalçılara satılır. Stansiyalarda  həmçinin boyalar, turşu və digər təhlükəli maddələr ayrılır və daha sonra kimyəvi maddələr emal edən xüsusi fabrikə göndərilir.

İsveçdə son illər binaların sökülməsində "dekonstruksiya" adlı yeni üsuldan da istifadə olunur. Məsələn, köhnə bir binanın sökülməsi zamanı, maşınlar əvvəlcə divarları parçalayaraq yenidən istifadə üçün tikinti materialları halına gətirmək üçün xüsusi stansiyaya aparırlar. Beləliklə, köhnə ev yeni evə çevrilir.

Metal və plastik bankalardan da pul qazanmaq mümkündür. Bunun üçün onları qəbul məntəqələrinə təhvil vermək lazımdır. İsveçdə, bütün Avropa ölkələrində olduğu kimi, butulkalar xüsusi qurğuya atılır və bunun əvəzində oradan pul çıxır. Bu ölkədə həmçinin istifadə müddəti bitmiş həbləri də atmırlar, onları apteklərə təqdim edirlər. Bura həm də istifadə olunmuş şprislər və iynələr də daxildir.

Ölkə daxilində zibillərin daşınması 1961-ci ildə istifadəyə verilmiş yeraltı kanal vasitəsilə həyata keçirilir. Belə bir zibil qurğusunun əsas hissəsi yeraltı yerləşir və ölkə əhalisi onun yalnız üst hissəsini görür.

Hazırda İsveçdə tullantıların olmaması tullantılarla bağlı yeganə problemdir. Bütün zibillərin yalnız 7 faizi yararsızdır, qalan hissəsi isə yandırılır və ya təkrar emal olunur. Beləliklə, təkcə tullantılar hesabına Stokholm tələb olunan  elektrik enerjisinin 45 faizini əldə edir. Tullantıların qıtlığı isə əhali üçün böyük problem yarada bilər, çünki isveçlilər məhz tullantılardan alınan enerji ilə evlərini qızdırırlar və elektrik enerjisi əldə edirlər. Problemi həll etmək üçün qonşu Norveç İsveçə kömək etməyə hazır olduğunu bəyan edib. Hər il bu ölkədən İsveçə 800 min ton zibil ixrac olunacaq.

İsveçlilər ölkənin yandırılmaya və təkrar emala yaramayan zibillərin miqdarını azaltmaqla yanaşı, həm də emal zamanı atmosferə buraxılan zərərli qazların miqdarının minimum səviyyədə olmasını təmin etməyə çalışırlar. Yandırılma zavodlarında istifadə edilən ən son texnologiyalar sayəsində atmosferə buraxılan qazların miqdarı 1 faizdən çox olmamalıdır. 

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat etdi
18:40 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Hamısı