Stalin Lənkəranda olub Sovet liderinin qaçdığı zindan

Maraqlı 12:07 10.03.2019

Azərbaycanda bir çox tarixi memarlıq abidələri haqqında bu günə qədər müxtəlif fikirlər səsləndirilir. 

Belə abidələrdən biri Lənkəran rayonunda, Sütəmurdov körpüsü yaxınlığında yerləşən tarixi Dairəvi qaladır. 

Müxtəlif mənbələrin məlumatına əsasən, zamanında bu qalada adını tarixə yazan sovet lideri İosif Stalinlə (İosif Vissarionoviç Cuqaşvili) yanaşı üç minə yaxın məhbus saxlanılıb.

Əsaslı təmirə ehtiyacı olan tarixi Dairəvi Qalanın (Zindan) 1747-1786-cı illərdə Lənkəran qalası ilə eyni vaxtda inşa edildiyi yazılır. 

Qalanın kim tərəfindən tikildiyi dəqiq məlum olmasa da, əksər mənbələrdə onun 1747-1786-cı illərdə mühüm müdafiə məqsədilə Səfəvi nəslindən olan Seyid Abbas xanın tapşırığı ilə Talışın hakimi təyin edilən Nadir şahın göstərişi əsasında tikildiyi qeyd edilir.

Eurasia Diary Milli.Az-a istinadən bildirir ki, dairəvi qalanın tarixi haqqında araşdırma aparan tədqiqatçı-tarixçi İldırım Şükürzadənin oxu.az-a verdiyi məlumata görə, qala mühüm müdafiə məqsədilə tikilsə də, 100 ilə yaxın zindan kimi fəaliyyət göstərib:

"Dairəvi qala və ona bənzəyən ikinci tikili Lənkəran Mayakıdır. Bu iki tikili 18-ci əsrdə ruslar tərəfindən tikilmiş Lənkəran qala sisteminin cənub və şimal dayaq məntəqələri hesab olunurdu.

Dairəvi qalanın hündürlüyü 20 metr, diametri isə 72 metr, istinad divarlarının qalınlığı aşağı ətrafda 2,8 metr, yuxarıda isə 1,5 metrdir. 1869-cu ildə cənub qütbü hesab olunan Dairəvi qala hərbi qüvvələrin əlinə keçib və 1869-1970-ci ildə qədər, 1 əsr zindan kimi istifadə olunub. 

Dairəvi qalada gizli yollar olub ki, bu qalaya gətirilən məhbusların kimliyi gizli saxlanılsın. Yeraltı keçidlər "Dairəvi qala"nı Lənkəran mayakı, Xan sarayı, "Böyük bazar məscidi" ilə birləşdirirmiş".

Müxtəlif mənbələrdə Stalinin Dairəvi qalaya həbs edilməsinə dair məlumatlar qeyd olunub. Lakin tədqiqatçı deyir ki, Stalinin Lənkərana gəlməsi təsadüf olmayıb:

"Məndə olan məlumata görə, İosif Stalin ilə Masallı rayonu, Qızılağac kəndindən olan Qoçu Məmməd adlı şəxs arasında şəxsi münasibətlər olub. 

O bilirdi ki, Stalin poçt qatarını qarət edəcək və Stalin də məhz onun bələdçiliyi ilə işlərini görürdü. Lakin buna baxmayaraq Stalin tutularaq gizli tunellərlə Zindan qalasına (Dairəvi qala) gətirilib. 

Mənbələrin yazdığına görə, Stalin 1903-1904-cü illərdə bu qalada həbsdə olub. 

Sonralar Qoçu Məmmədin nəvəsi babasının 1902-ci ildə Stalin ilə birlikdə çəkilən fotosunu yayımlayıb. 

Elə Stalini gizli yollarla həbsdən qaçıran da Qızılağaclı Qoçu Məmməd olub. Bu barədə onun nəvəsi özü də danışırdı. 

Əksər məlumatlar dildən-dilə, o dövrdə yaşayan və bu hadisələri eşidən insanların dilindən eşidilib. 

Deyilir ki, Stalini aparan gəmiçi onu Bakıya aparmalı idi, lakin riskli olduğu üçün Stalin Salyanda düşüb. Sovet lideri gəmidən düşəndə özünü "Koba" kimi təqdim edib və ona pul verib. "Koba" da Stalinin ləqəbi olub. Ehtimal olunur ki, Stalin oradan da gəmi vasitəsilə Bakıya gedib. Amma ona daha kimin kömək etdiyi barədə məlumat yoxdur".

Məlumatlara görə, həbsxana 140 məhbus üçün nəzərdə tutulsa da, 236 nəfərdən 310 nəfərə qədər məhbus saxlanılıb. 

1907-ci ildə zindanda 2368 nəfər məhbus, 1911-ci ildə isə 2668 nəfər məhbusun saxlandığı qeyd edilir. 

1907-1911-ci illər ərzində bir neçə həbsxana rəisləri dəyişib ki, son iki ildə müvafiq olaraq Nüsrət Məmmədov və Babaxan Cahangirovun həbsxana rəisi olduqlarına dair qeydlər var.

Dairəvi qala 1970-1990-cı illər ərzində tikiş fabriki, 2014-cü ildən bu günə qədər isə Lənkəran Rəsm Qalereyası kimi fəaliyyət göstərir. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə ölkə əhəmiyyətli tarixi abidə hesab olunan Dairəvi qala dövlət tərəfindən mühafizə olunur.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin məlumatına görə, 2018-2021-ci illər üzrə investisiya proqramı layihəsi çərçivəsində Lənkəran şəhərində yerləşən "Dairəvi Qala"nın tam hissəsinin bərpası nəzərdə tutulur.

Stalinin saxlandığı qala turistlərin də marağına səbəb olur. Bizə bələdçilik edən xanımlardan birinin dediyinə görə, Stalin qalada gün işığı görməyən hücrədə saxlanılırdı. Xüsusilə bura Rusiyadan olan turistlər daha çox maraq göstərir.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Hamısı