İsrailin "İroni Yehuda" klubunun qapıçısı İsaak Hayik "Ginnesin rekordlar kitabı"na düşüb.
Eurasia Diary goal.az-a istinadən xəbər verir ki, 4-cü liqa təmsilçisinin "Maccabi Ramat Gan" klubuna qarşı keçirdiyi oyunda iştirak edən Hayik 73 yaşında meydana çıxaraq, peşəkar futbolda ən yaşlı futbolçu kimi tarixə düşüb.
Komandasının "Maccabi Ramat Gan"a 1:5 hesabıyla məğlub olduğu oyunun ardından Hayikə xüsusi mükafat təqdim olunub.
Gələn həftə 74 yaşı tamam olacaq Hayikdən əvvəl peşəkar futbolda iştirak edən ən yaşlı futbolçu Robert Karmona idi. Uruqvaylı futbolçu sonuncu dəfə 53 yaşında meydana çıxmışdı.