Adı “Ginnesin Rekordlar Kitabı”na düşən azərbaycanlı FOTOLAR

Maraqlı 15:59 09.04.2019
Azərbaycan bu günlərdə on milyonuncu sakininə "xoş gəldin" dedi, amma qeyri-rəsmi məlumatlara görə dünyada əlli milyona yaxın soydaşımız yaşayır. Milyonlarla azərbaycanlının arasından seçilib yeddi nəfərdən biri olmaq isə hər adamın hünəri deyil. Söhbət adı "Ginnesin Rekordlar Kitabı"na düşən soydaşlarımızdan gedir.
 
Bu gün sizə onlardan biri, 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla dünya rekordu qazanan məşhur sirk ustası Üzeyir Novruzovdan danışmaq istəyirəm. 



Üzeyir 1976-cı ildə Qərbi Azərbaycanın Böyük Qaraqoyunlu kəndində dünyaya gəlib. Doqquz yaşında olarkən Rusiyanın Krasnodar vilayətinin Yeysk şəhərinin Yasenskaya kəndinə köçüblər. 1992-ci ildə 8-ci sinifi orada bitirdikdən sonra üç il peşə məktəblərindən birində aşbazlığı öyrənib. 1996-1999-cu illərdə Moskva Dövlət Sirk və Estrada Ali Sənət Məktəbində təhsil alaraq sirk ustası ixtisasına yiyələnib. 1999-2002-ci illərdə Moskvanın Vernadski prospektindəki "Yeni Sirk"də çalışıb. 2002-ci ildə ABŞ-ın Nyu York şəhərində fəaliyyət göstərən "Big Apple" sirkindən dəvət alıb və bir il burada işləyib. Sonra o, "Du Soleil" səyyar sirkində çalışmağa başlayıb. 2004-cü ildən 2014-cü ilədək Avropaölkələrində, Yaponiyada, Braziliyada, Kanadada, ABŞ-ın bir çox ştatlarında qastrol səfərlərində olub. 2014-cü ildən Las Veqas ştatında yaşayır. Burada məskunlaşdığı ilk vaxtlarda bir müddət sirkdən ayrılaraq müxtəlif işlərlə məşğul olub. 2015-ci ildə ABŞ-ın "America's Got Talent" teleşousunda iştirakı ilə dünyada tanınmağa başlayıb. Bu şoudan sonra o, müxtəlif ölkələrin sirklərindən dəvətlər alsa da müstəqil fəaliyyətə üstünlük verir. Elə o vaxtdan da xüsusi şoularda iştirak edir. 



Atası Ramiz Novruzov 2000-ci ildə Krasnodar vilayətində dünyasını dəyişəndən sonra, onun vəsiyyətinə uyğun Gəncədə dəfn ediblər. Anası Zərifə xanım o vaxtdan Gəncədə yaşayır. Üzeyir dörd uşaqlı ailənin üçüncü övladıdır. 

2016-cı ildə Əbu-Dabidə keçirilən "Formula-1" yarışmasında Üzeyiri görən ölkəmizin rəsmi nümayəndəsi onu 2017-ci ildə Bakıda keçirilən "Formula-1"-in açılış mərasiminə dəvət edir. O da məmnuniyyətlə bu tədbirə qoşulur. 



Deyir ki, - "Bütün dünyanı gəzmişəm, amma Azərbaycanın ürəyimdə öz yeri var. Sevinirəm ki, Azərbaycan son zamanlar çox gözəlləşib. Mən orada olanda elə bilirdim ki, inkişaf etmiş Avropa ölkələrindən birindəyəm. Səmimi sözümdür, Bakı mənim üçün Nyu Yorkdan da gözəldir". 

Ömür-gün yoldaşı Olqa Novruzova milliyətcə rus olsa da azərbaycan dilində danışmağı bacarır. 13 yaşında iki əkiz qızları var - Zarina və Sabrina. İkisi də böyük tennis idman növü ilə məşğul olurlar. 



Addım-addım uğurlara nail olan, həyatını nərdivana bənzədən bu soydaşımız sadə, gülərüz və çox mehriban insandır. Elə ilk andan söhbətimiz alındı. Bu onun səmimiyyətindən irəli gəlirdi. Retro filimlərə baxmağı xoşlayır. Azərbaycan xalq mahnılarını, aşıq havalarını, xüsusən də muğamı dinləməkdən zövq alır. 

Yeni şou nömrələr üzərində işləyir. Çalışır ki, milli musiqi alətimiz olan sazı öz çıxışlarına əlavə edib amerikalılara tanıtdırsın. 

Ən böyük arzusu isə Çarli Çaplin kimi filimlərə çəkilməkdir. İnanırıq ki, o, bu istəyinə də çatacaq. Axı bütün nailiyyətlər istəkdən başlayır. 
 
Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir"
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Hamısı