Köçəri uşaq, pirat yeniyetmə, haker gənc, dünyanı çalxayan yetkin Assanjın ömür yolu - FOTO

Maraqlı 14:47 14.04.2019

"Wikileaks" saytının qurucusu Culian Assanjın dəstəkçiləri onu həqiqətin izində olan cəsur bir fəal adlandırır. Onu tənqid edənlərə görəsə, həssas məlumatları cəmiyyətin gözü qabağına çıxararaq, həyatını təhlükəyə atan bir diqqət dəlisidir. 

Eurasia Diary bildirir ki, musavat.com BBC Türkcəyə istinadən son günlərin ən çox müzakirə olunan bu şəxsi barədə bilinməyənləri nəzərə çatdırır.

Culian Assanj onunla birlikdə çalışanlar tərəfindən kompüter kodlarını qırmaqda üstün qabiliyyəti ilə yanaşı, "təsirli, əzmli və çox ağıllı bir insan" olaraq qiymətləndirilir.

O, 2006-cı ildə gizli məlumat və şəkilləri yayınlayan "Wikileaks" saytını qurdu. 2010-cu ildə ABŞ əsgərlərinin İraqda bir helikopterdən atəş açaraq 18 əsgəri öldürdüklərini göstərən görüntülərlə dünya miqyasında manşetə çıxdı. Amma eyni il içində isveçli prokurorların cinsi hücum iddiaları ilə bağlı beynəlxalq yaxalama qərarının çıxarılmasının ardınca İngiltərədə saxlandı. İsveçli yetkililər onu nitq söyləmək üçün Stokholmda olduğu zaman bir qadına təcavüz və digərinə də cinsi istismar iddialarına görə sorğu-suala tutmaq istədiklərini söylədi. Assanj isə hər iki yaxınlaşmanın da qadınların razılığı daxilində olduğunu deyib.

Siyasi sığınma tələbi

Növbəti aylarda İngiltərənin bir bölgəsində ev həbsində olarkən İsveçə verilməmək üçün mübarizə apardı. Vestminister məhkəməsi 2011-ci ilin fevralında geri verilmə qərarnı təsdiqlədi və daha sonra üst məhkəmə də qərarı dəstəklədi. 
14 iyun 2012-ci ildə İngiltərə Apellyasiya Məhkəməsi onun müraciətinin yenidən gözdən keçirilməsi tələbini rədd etdi. 
Bir neçə gün sonra Assanj Londondakı Ekvador səfirliyinə sığındı və 16 avqust 2012-ci ildən bəri ona siyasi sığınacaq haqqı tanıyan bir ölkənin səfirliyində qalırdı. Bir neçə gün öncə isə ingilis polisi tərəfindən gözaltına alındı.

Londra'daki Ekvador Büyükelçiliği

London polisi Assanjın səfirlik binasını tərk etdiyi anda 2012-ci ilin iyununda məhkəməyə çıxmadığı üçün Vestminster məhkəməsinin həbs qərarını yerinə yetirəcəyini bildirirdi. Amerika isə Assanjın təhvil verilməsini və gizli sənədləri yaymaq ittihamı ilə məhkəməyə çıxarılmasını istəyir. İngiltərə Assanjın qanuni olaraq İsveçə qaytarılması ilə məsul olduğunu deyərək, Ekvadora getməsinə icazə verməyəcəyini açıqlamışdı. İsveç Xarici İşlər Nazirliyi onun təhvil verilməsini istəmələrinin tək səbəbi olaraq haqqındakı ittihamları araşdırmaq olduğunu demişdi.

İsveçli prokurorlar 13 avqust 2015-ci ildə zaman keçdiyi üçün cinsi istismar ittihamları ilə bağlı araşdırmalara son qoymuşdular. Amma daha sonra təcavüz iddiası ilə bağlı yenidən ittiham olunmuşdu.

2016-cı ilin dekabrında amerikalı qəzetçi və "Wikileaks" rəhbəri Gavin Makfadyenin dəfn mərasiminə qatılmaq tələbi irəli sürsə də, tələbi rədd edilmişdi.

Assanj, "Wikileaks" və ABŞ seçkiləri

18 dekabr 2016-cı ildə "Wikileaks" Ekvadorun Londondakı səfirliyində internetin kəsildiyini açıqladı. Ekvador daha sonra "Wikileaks"in Amerikadakı prezident seçkilərinə təsir göstərəcək sənədləri yaymasını əsas gətirərək bu "müvəqqəti" tədbiri həyata keçirdiklərini təsdiqləmişdi. Ekvador sözügedən qərarı Vaşinqtonun təzyiqinə görə verdiyi iddialarını rədd edir.

"Wikileaks"in yaydığı sənədlərdə Hillari Klintonun 2012 və 2014-cü illərdə etdiyi özəl danışıqların deşifrəsi və Klintonun email məktubları yer alır.

Köçəri həyatdan dörd divar arasındakı həyata

Assanj sözün böyük mənasında keçmişi ilə bağlı danışmaqdan qaçır, amma "Wikileaks"in qurulmasından bu günə qədər medianın diqqəti olduqca böyükdür.

O, 1971-ci ildə Avstraliyada doğulub. Ailəsinin səyyar teatrına görə köçəri bir uşaqlıq həyatı yaşayıb.

Julian Assange

18 yaşında ata olub, ardından qəyyumluq məhkəməsi ilə qarşı-qarşıya qalıb. 1995-ci ildə bir qrup dostu ilə birlikdə kompüter piratçılığında ittiham olunub. Assanj son nəticədə saxlanıb və ittihamları qəbul edib.

Assanj minlərlə Avstraliya dolları məbləğində cəza ödəməyə məhkum edilib və cinayəti təkrarlamaması şərtilə ona həbs cəzası verilməyib. O, internetin gizli üzünü araşdıran akademik Suelette Dreyfus ilə 3 il boyunca çalışıb və onunla birlikdə ən çox satılanlar siyahısına girən 'Underground' (Yeraltı) adlı kitab yazıb. Ardınca Melbourne Universitetində fizika və riyaziyyat dərsləri alıb.

Bənzər fikirləri daşıyan insanlarla 2006-cı ildə "Wikileaks"i qurub. Köçəri bir həyat tərzi keçirərək, saytını müvəqqəti və dəyişən yerlərdən idarə etməyi davam etdirib. Onunla həftələrlə birlikdə səyahət edən Raffi Xatçaturyanın dediyinə görə, uzun saatlar yemək yemədən və az yuxu ilə işə fokuslana bilirdi. "Ətrafındakı insanlarda daha uzun müddət davam edə bilməsi üçün onunla maraqlanma istəyi hissini yaradır. Bu, hər halda xarizması ilə bağlıdır".

Assange BBC'ye kaynaklarını korumak için herşeyi şifrelediğini söyledi

Gizli sənədlərin yayılması

Culian Assanj Amerika helikopterindən İraqdakı vətəndaşlara atəş açılması videosu ilə barəsində daha çox danışılmasına səbəb olub. Həm o videonu, həm də daha sonra Amerikanın Əfqanıstan və İraqdakı müharibələri ilə bağlı hərbi sənədləri yayımlamasını müdafiə edib.

"Wikileaks" saytı Amerika xüsusi xidmət orqanının şirkəti "Stratfor"un beş milyon gizli emailini yayıb. 2010-cu ildə bir qrup Amerika maliyyə qurumlarını ona pul axınını dayandırıb və bununla da maddi çətinliklər yaşamağa başlayıb.

Səhhəti ilə bağlı narahatlıqlar

Bir ara Assanjın səhhəti ilə bağlı narahatlıqlar da ortaya çıxıb. 2012-ci ilin dekabrında Ekvador səfirliyi Assanjda ağciyər infeksiyasının olduğunu deyərək, xəstəxanaya aparılacağı təqdirdə həbs olunmayacağına təminat istəyib.

Amma 2014-cü ilin avqustunda Ekvador Xarici İşlər Nazirliyi ilə birlikdə səfirlikdə təşkil etdiyi mətbuat konfransında müalicə almaq üçün səfirlikdən çıxacağı ilə bağlı iddiaları da rədd etdi.

Hüquqi mübarizə

Assange tedavi görmek için elçilikten çıkacağı iddialarını reddetti

İsveç Assanjı cinsi hücum iddiaları ilə ittiham etmək istəyib. Amma Assanj bu ittihamların siyasi olduğunu və ona, eləcə də saytına yönəlmiş qaralama kampaniyasının bir parçası olduğunu deyib. 2010-cu ilin dekabrında Londonda saxlanmasından bəri hüquqi bir mübarizə aparır. Assanj ev həbsinə alınmazdan öncə 8 ay həbsxanada qalıb.

İsveçli prokurorlar Assanjı ittiham edə bilmədikləri üçün 13 avqust 2015-ci ildə cinsi istismar ittihamları ilə bağlı istintaqı yekunlaşdırıblar.

Verilən açıqlamada istintaqa davam etməməklə bağlı qərar verildiyi qeyd olunmuşdu. Marianne Ny istintaqı daha çox sübut tapa bilməyəcəkləri üçün təxirə sala bilməmə narahatlığından ötrü qapatdıqlarını, Assanjın günahı olub-olmadığına dair bir sübut əldə etmədiklərini deyib. Assanjın İsveçə getməsi halında istintaqın təkrar açıla biləcəyi, çünki ittihamın 2020-ci ildə qapanacağı da ittihamlar sırasında idi.

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
Hamısı