“Bir sıra qurumlarda işçilər 8 saatdan artıq işlədilir. Bəzi şəxslər tabeçilik funksiyasına görə bunu dilə gətirə bilmir. Çünki işlərini itirməkdən qorxurlar”.
Eurasia Diary xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında bəzi qurumlarda işçilərin iş saatından artıq işlədilməsi məsələsindən danışarkən deyib.
O bildirib ki, bununla bağlı müvafiq qanunvericiliyə dəyişikliklər edilməlidir: “Niyə insanlar saat 8-ə kimi işləməlidir? Axı bunun ailəsi, başqa işləri var. Biz hansısa sənədlə bunu təsdiqləməliyik ki, insanlar iş vaxtından artıq işlədildikdə onlara əlavə ödəniş olunsun. İşçilər səsini çıxarıb bunu deyə bilmir. Məhkəməyə verəndə də məhkəmədə də həmişə rəis qalib olur. Məsələn, Milli Məclisdə bu ənənə yaxşı qoyulub. İşçilər axşam 6-dan sonra evə yola salınır”.