Rusiya Prezidenti Vladimir Putinin çox sıx qrafiki var.
Eurasia Diary xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Jurnalistin “bu qədər sıx qrafik arasında Putin yatmağa vaxt tapırmı?” sualına Peskov “o ki Putindir, o yatmır, işləyir” cavabını verib.
O, həmçinin Putinin Çin səfərinin çox məhsuldar keçdiyini bildirib. Peskov Putinin Çindəki “Bir qurşaq, bir yol” konfransında iştirakıyla bərabər müxtəlif ölkələrdən olan həmkarlarıyla da ikitərəfli görüşlər keçirdiyini deyib.