Jan Jak Savin adlı 72 yaşlı fransız səyyah çəllək üzərində Atlantik okeanını keçib.
Eurasia Diary xəbər verir ki, bu barədə səyyah AFP-yə məlumatında deyib.
“122 gün və 9 saatdan sonra Karib dənizi akvatoriyasında oldum. Səyahət bitdi. Hər kəsə təşəkkür edirəm”, - Jan Jak Saven bildirib.
Səyyah öz səfərini Kanar adalarından başlamışdı.