Leonardo da Vinçinin ikinci portreti tapıldı - FOTOLAR | Eurasia Diary - ednews.net

21 May, Çərşənbə axşamı


Leonardo da Vinçinin ikinci portreti tapıldı - FOTOLAR

Maraqlı A- A A+

Alimlər Vindzor qalasında rəssam Leonardo da Vinçinin ikinci portretini aşkar ediblər.

Eurasia Diary-nin Report-a istinadən xəbərinə görə, portretin mayın 24-də Bukinhem sarayında keçiriləcək sərgidə nümayiş etdirilməsi planlaşdırılır. "Royal Collection"un əməkdaşı Trust Martin Kleyton kral ailəsinin kolleksiyasından qarşıdan gələn sərgi üçün şəkilləri seçərkən məşhur ustanı tanıyıb.

İlkin məlumata görə, eskiz 1519-cu ildə, rəssamın ölümündən az əvvəl çəkilib.

Leonardo da Vinçi yenicə tapılmış portretində kədərli və yorğun görünür. Güman edilir ki, şəkilin müəllifi rəssamın şagirdlərindən biridir. Alimlər indiyə qədər rəssamın sağ ikən çəkilmiş yalnız bir rəsminin olduğunu bilirdilər.

Daha əvvəl İtaliyalı tədqiqatçı Sabrina Sfortsa Qalitsiya rəssam Leonardo Da Vinçinin "Gizli axşam yeməyi" adlı əsərinin gizli mənasını açmağa müvəffəq olduğunu bildirib.

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...