Çobanlıq edib imtahana hazırlaşan şagird ölkə ikincisi oldu - Türkiyədə | Eurasia Diary - ednews.net

21 May, Çərşənbə axşamı


Çobanlıq edib imtahana hazırlaşan şagird ölkə ikincisi oldu - Türkiyədə

Maraqlı A- A A+
Eurasia Diary Moderator.az-a istinadən xəbər verir ki, söhbət Türkiyədə yaşayan Həbib Bitkindən gedir. Tuncəlinin Çemişgəzək rayonunda çətin bir həyat tərzi sürən Həbib qoyun sağıb, çobanlıq edərək imtahana hazırlaşıb. Altı dərsdə verilən 120 sualına 119-na doğru cavab verən Həbib Türkiyə ikincisi olub.   
 
14 yaşlı Həbib məktəbdən sonrakı vaxtını ailəsinin yanında çobanlıq edərək keçirir. Həbibin bu uğuru isə yaşadığı kənddə dillər əzbəri olub. Uğurlarının ailəsiylə birlikdə müəllimlərini və özünü çox xoşbəxt etdiyini deyib. Həftənin  beş gününü məktəbdə olan Həbib həftəsonları kəndlərinə gəlir. Ailəsi neçə illərdir ki, xırdabuynuzlu heyvanlar saxlayır. Onlar qış aylarında kənddə, yaz aylarında isə yaylaqda olurlar. 
 
Həbib deyib ki, ailəsinin maddi durumu yaxşı olmasa da bu onu ruhdan salmayıb. O, qoyun otarmağa gedərkən kitablarını, test çalışmalarını da özüylə otlağa aparıb orda dərslərinə hazırlaşır. Ümid edirik ki, Həbib Bitkinin oxumaq həvəsi digərlərinə də nümunə olacaq. 
 
 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...