Yaxın Şərq xalqlarında orucluq mədəniyyəti FOTOLAR

Maraqlı 17:10 08.05.2019

Çin, Pekin. Müsəlmanlar bir aylıq orucdan sonra 2016-ci ilin uyun ayında Fitr bayramını qeyd edirlər

Oruc İslamın beş əsas dayaqlarından biridir. Lakin onun tarixi min illərlə ölçülüb İslamımın özündən çox-çox qabaqlara söykənir. Aşağıda  qədim misirlilərdə, yunanlarda zərdüştilərdə, yəhudilərdə, xristianlarda və müsəlmanlarda olmuş orucluq ənənələrindən danışılacaq.

Fironlarda (Qədim Misirlilərdə) oruc

Qədim Misirlilər öz tanrılarına və Nil çayına bağlıllıqlarını  ifadə etmək, onları razı salmaq üçün bir çox ayinlər yerinə yetirir, Bahar, Biçin, Nilə vəfa kimi çoxsaylı bayramlar qeyd edirdilər. Bunlardan da məqsəd nəfsi tanrıları qəzəbləndirə biləcək günah və xətalardan təmizləmək, onla günahların bağışlanması və Nil çayına ilahi nemətlər bəxş edilməsi üçün dua etmək idi.

Qədim Misirlilərdə oruc günəş çıxandan batana kimi çəkərdi və 3 gündən 70 günə kimi davam edərdi. Bu dövr ərzində yemək, su içmək və cinsi əlaqədə olmaq yasaq idi.

Məsələn, Nilə vəfa bayramı zamanı gür yağışlar yağmalı, insanlar və heyvanlar üçün həyat mənbəyi sayılan Nil çayının səviyyəsi qalxmalı idi.

Məbəddə xidmətçi olmaq istəyənsə yeddi gün ardıcıl şəkildə oruc tutmalı və bu müddət ərzində maye qəbul etməməli idilər. Başqa növ oruc da var idi, bu ayinə görə 70 gün ərzində heç nə yeyilməzdilər, yalnız göyərti yeyib su içmək olardı.

Ali rütbəli yəzidi şeyxi üç gün orucdan sonra İzi bayramı münasibətiə qadını təbrik edir. İraq Kürdüstanı vilayətində yerləşən Laleş məbədi. 2017-ci ilin oktyabr ayı.

 

Zərdüştilər və yəzidilərdə (qədim farslar və kürdlərdə) oruc

Zərdüştilər Fars ölkəsində və qonşu bölgələrdə miladdan 3 min il əvvəl yaşamışlar.  İndiki dövrdə İraqda, Suriyada, Türkiyədə, İranda, Hindistanda, Əfqanıstanda, Azərbaycanda və başqa müxtəlif  bölgələrdə bu dinə mənsub olanlar yaşayır və ya ona aid abidələr qalmaqdadır.

Zərdüştilər  fikirləri uzun bir dövr ərzində dini iman mənbəyi olan Zərdüştə bağlı olanlardır. Bu din başqa yeni dinlər meydana gəldikcə geri çəkildi.

Zərdüştilərdə oruc tutmaq olmazdı, belə ki, ac qalmaq insanı zəiflədə, iş qabiliyyətini azalda bilərdi. Bu həm də ac qalmanın mənfi təsirlərindən  xəstələnmək ehtimalından da irəli gəlirdi.

Yəzidilərdə isə orucluq vacibdir və 3 gün davam etməlidir. Orucluq, onların təqvimi ilə həftənin çərşənbə günü başlayıb cümə axşamı bitir. Yəzidi təqvimi Şəmsi təqvimindən 11 gün, Qərb təqvimindənsə 13 gün artıq olması ilə fərqlənir.

Oruc günəşin çıxması ilə yeməkdən imtina ilə başlayır, yeməyə yalnız günəş batandan sonra icazə verilir. Qədim dövrlərin din xadimlərisə üç gün ardıcıl şəkildə oruc tutur, yalnız  “ İzi bayramı” adlanan bayram günü iftar edirdilər.

Yəzidilərdə iki növ oruc vardır, ümumiyyətə hamı üçün olan oruc, bir də seçilmişlərin, yəni din xadimlərin orucu. Uşaqlar, dəlilər və xəstələr orucdan azaddırlar.

Din xadimlərinin və nəzir deyən bəzi kasıbların tutduqları oruc sünnə (qanunla) müəyyən edilmiş bütün hallarda, o cümlədən qışin  və yayın iki çiləsində (qırxında) davam edir. Bu oruc könüllüdür, kütlənin onu tutması vacib deyil,  yalnız əzab hiss edib öz Rəbbinə daha çox bağlanmaq istəyənlər üçündür.

Başqa bir növ oruc da vardır ki, “Xodan orucu” adlanır. Bu oruc zahidlər, övlyilar və kütlədən könüllü şəkildə bu orucu tutmaq istəyənlər üçündür. Həm də kimin daha çox oruc tuta bildiyini göstərmək üçündür.

 

اليهود عند حائط البراق (حائط المبكى) جنوب المسجد الأقصى في القدس

Yəhudilər Qüdsdə  Əqsa məscidinin cənubunda yerləşən Bərraq ( Göz yaşları) divari qarşısında

Yəhudilərdə oruc

Dinlərin, etiqadların, dini fikrlərin tarixinin miladdan  min il əvvəllərə söykənməsinə baxmayaraq, Yaxın Şəqr xalqlarından çoxu üç səmavi və ya ibrahimi dini qəbul edir.

Yəhudilik ilk ibrahimi dini hesab edilir. Yəhudilərin kitabı olan Tövrata görə, yalnız “Kibur” (Bağışlanma) günü oruc tutmaq olar. Bu gün Musa peyğəmbər ikinci dəfə Şəriət qanunları  ilə Sinada Tur dağından enmişdir. Bu gün Musa Rəbbin yəhudiləri qızıl  buzova ibadət etməklə işlətdiyi günaha görə  bağışladığını elan etmişdir. Bağışlanma günü 26 saat davam edir. Bu yəhudilərin  ən müqəddəs dini bayram və mərasimlər günüdür.

Kibur günü İsraildə bütün fəaliyyətlər, demək olar ki, dondurlur. Radio və televiziya yaımları dayandırılır, maşınlar işləmir, qadınlar mətbəxdə yemək bişirmir, ev işlərilə məşğul olmurlar.

Bu gün yəhudilər həyat ləzzətlərindən və dünyəvi işlərdən təcrid olunur, ibadət və özlərilə haq-hasab çəkməklə məşğul olurlar.
 Adamlar günəş batandan o bir gün qaranlıq düşənə kimi oruc tuturlar, bunula  günahları və xətaları bağışlamaq üçün Allaha bağlılıq nümayiş etdirirlər.

Yəhudi dindarlarsa  Əqsa məscidinin cənubunda yerləşən  Bərraq (Göz yaşları) divarının qarşısına yığışıb oruc başlamazdan qabaq namaz qılırlar. Yəhudilərin rəhbər tutduğu qaydalar içində şənbə günü və ya dini mərasimlərin, ayinlərin keçirildiyi günlər oruc tutmağı qadağan etmək də vardır.  Bağışlanma günü bu qaydalardan istisnadır. Aprel ayında oruc tutmurlar, həmçinin xəstələr və hamilə olanlar orucdan azaddırlar.

Yəhudilərdə dini ayinlərin çağdaş təfsirləri də vardır. Bu yeni qydaya görə xaxamın, müəllimin, təhlükəsizlik orqanlarında işləyənlərin, qərar sahibi olan məsul işçilərin  öz vəzifə borclarını yerinə yetirdikləri zaman mənfi təsirlərdən qaçmaq üçün oruc tutmamaq hüququ vardır. Başqa növ, vacib olmayan və könüllü oruc vardır ki, o da müəyyən bir istəyə çatmaq və ya xətalardan qurtulub Rəbdən mərhəmət diləmək, nemətlərə görə  Ona şükr etmək  və başqa hər hansı bir  məqsədi güdür. Bu növ oruc  ayinin məqsədi  yalnız oruc tutana aid olub açıqlanması vacib deyildir.  

 

مسيحيون خلال قداس عيد الميلاد في كنيسة مار بهنام ومارت سارة السريانية الكاثوليكية

Xristianlar 2018-ci ilin dekabrın 25-də İraqın şimalında Qərquş qəsəbəsində Siryani katoliklərə məxsus Mar Behnam və Maret Sara kilsəsində keçirilən Milad bayramı ibadətində

Xristianlarda oruc

Başqa dinlərdə olduğu kimi xristianlarda olan orucdan da məqsəd Allah bağlılıq, Ondan bağışlanma, əmin amanlıq diləmək və qiyamət gününə inamı nümayiş etdirməkdir. Adətən mömünlər orucla namaz birlikdə icra edirlər.

Daniel kitabı yazır ki, xristian Allaha məhəbbət, Ona yaxınlıq, tabeçilik, itaət  bildirmək üçün oruc tutur.

Orucluq xristianların həyatındə önəmli bir yer tutur. Bu Rəblə ruhən bağlılıq, dünyaya gəldiyi gündən zühr edəcəyi günə qədər Məsihin təlimlərinə riayət edilməsi deməkdir.

İncil oruc tutulması üçün müəyyən bir vaxt müəyyənləşdirmir. Hər bir tayfa və ya kilsə öz dindarları üçün oruc vaxtını müəyyənləşdirir. Lakin xristianlar arasında bu məsələdə ixtilaflar vardır. Hər bir kilsənin ənənəlinə əsasən  oruc vaxtı  Pasxa bayramından 40 gün qabaq müəyyənləşdirilir.

Xristianlıqda orucun bir neçə məqsədi vardır ki, onlardan ən başlıcası tövbə və Allahdan bağışlanma, mərhəmət, müsibətlərdən qurtuluş, inasnın həyat şəraitini yaxşılaşdırmağı diləmkdir. Xristianlar, adətən, gündə ən azı 12 saat ərzində yeməkdən imtina etməklə oruc tuturlar. Bu müddət günün başlanması il başlayıb onun bitməsilə bitir.  Lakin bu ümumi qayda deyildir, elə xristianlar vardır ki, daha uzun müddər oruc tuturlar.

 

أطفال مسلمون في غزة يقرأون آيات قرآنية في أول أيام رمضان في جامع العمري في غزة. 06 مايو/أيار 2019

2019-cu ilin may ayının 6-da Qəzzadakı Əmri məscidində Ramazanın ilk günü Quran ayələri oxuyan müsəlman uşaqlar.

İslamda oruc

İslamda oruc onun beş əsas vacib dayaqlarından biri sayılır. Hər il Ramazan ayında vacib  oruc tutulur.  İslamda oruc yeməkdən, içməkdən, özünə və başqa insanlara zərər  yetirə biləcək əməllərdən imtina olub Allahdan nemətlər diləmək üçün Ona yaxınlaşmaq, habelə nəfsi günahlardan təmizləmək məqsədi güdür. Ramazan ayı ibadətlər, namazlar və Quran oxunması ayıdır.

Müsəlmanlar orucluğun başlanğıci olan Ramazan ayının ilk gününü  hilalı görməklə müəyyənləşdirirlər.  Orucluq 30 gün davam edir. Ondan sonra Orucluq (Fitr) bayramı gəlir ki, bu vaxt üç gün ardıcıl olaraq  oruc tutmaq olmaz. Ramazan ayı müddətində səhhətinə görə oruc tuta bilməyən müsəlman bu bayram günlərindən sonra istənilən gün oruc tuta bilər.

Fitr bayramında müsəlmanlar bir-birini salamlayır, bayramlaşır, qonaq gedirlər. Bu günlər küsülülər barışır, əlaqələrində yeni sıhifə açırlar.  Ramazan ayından başqa, müsəlmanların oruc tutduqları başqa münasibətlər də vardır. Bunlardan ən əsası Aşura günü və ya Şəbanın yarısı gesəsidir.

Ərəb dilindən tərcümə edən Fəlsəfə doktoru Zakir Qasımov

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN - VİDEO
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
Hamısı