Sovet İttifaqının II Dünya müharibəsində almanlara qalib gəldikdən sonra Berlində parlament binasının damından bayraq asılarkən çəkilən fotonun tarixçəsi bəlli olub.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, fotonu çəkən Yevgeni Xaldeyin qızı Anna sözügedən tarixdən danışıb.
Sovet hərbi fotoqrafın qızı Anna Xaldey Rusiya Müdafiə Nazirliyinə məxsus "Zvezda" televiziyasına verdiyi müsahibədə atasının Sovet İttifaqının bayrağını masa örtüyündən özünün tikdiyini və daha sonra 3 əsgərlə birlikdə yarı dağılmış vəziyyətdə olan binanın damına çıxdığını bildirib.
Aleksey Kovalev adlı əsgərin damın tininə qədər irəliləməsi sayəsində şəklin bu qədər təsirli olduğunu deyib. Digər əsgər isə Kovalevin yıxılmaması üçün ayağından tutub.
Qeyd edək ki, bu, Sovet ideoloji maşınının təqdim etdiyi tarixdir. Həqiqətdə isə bu fotonun bir neçə cəhddən sonra, qurulmuş ssenari üzrə çəkildiyi artıq isbatlanıb.