Soçidə təşkil edilən "Gecə Xokkey Liqası" oyunçularının qala oyununa qatılan Rusiya Federasiyasının prezidenti Vladimir Putin çətin vəziyyətə düşüb.
Eurasia Diary xəbər verir ki, o, meydanda tamaşaçıları salamlayarkən yerdəki xalını görməyib və ayağı ilişərək yıxılıb.
Dərhal oyunçular prezidentə ayağa qalxması üçün kömək edib. Prezidentin oynadığı komanda 14-7 hesabı ilə qalib gəlib. Şaybaların 10-nu rəqib komandanın qapısında Putin keçirib.