Dünyanın ən dərin nöqtəsinə gedən Victor Vescovo burada da plastik tullantının olduğunu təsdiqləyib.
Amerikalı kəşfiyyatçı Victor Vescovo, Sakit Okeanındakı 11 kilometr dərinliyə malik "Marian" çökəkliyinə enib və burada dörd saat keçirib.
O, təzyiqə davamlı xüsusi sualtı gəmi ilə rekord dərinlikdəki canlı həyatı da lentə alıb.
Ancaq dərin dəniz canlıları ilə yanaşı, plastik torbaya və şirmiyyat poşetlərinə də rast gəlib.
Kəşfiyyat zamanı dörd yeni növ dəniz canlısının kəşf edildiyinə inanılır. Bunlar arasında krevetə bənzər qabıqlı bir canlı da yer alır. Alimlər bu dərinlikdə əldə edilən canlı nümunələr üzərində mikroplastik qalıqları olub olmadığını da araşdıracaq.
Humans have reached the ocean's extreme depths for the 3d time, nearly 11km (seven miles) down the Pacific Ocean's Mariana Trench. There were sea creatures, but a plastic bag and sweet wrappers were also foundpic.twitter.com/QOqd3fVQMB
— Alfons López Tena #FBPE (@alfonslopeztena) 13 мая 2019 г.