Əlaçı şagirdlərə mağazalarından hədiyyə verən qardaşlara Təhsil Nazirliyindən dəstək - VİDEO | Eurasia Diary - ednews.net

21 May, Çərşənbə axşamı


Əlaçı şagirdlərə mağazalarından hədiyyə verən qardaşlara Təhsil Nazirliyindən dəstək - VİDEO

Maraqlı A- A A+

“Gündəliyində “5”  göstər, hədiyyə qazan”

Bu, Bakının Ramana qəsəbəsində yerləşən “İki qardaş” mağazasının həyata keçirdiyi aksiyanın devizidir.

Məktəblilər gündəliklərində həmin gün aldıqladırı əla qiymətləri satıcıya göstərib, əvəzində istədikləri hədiyyəni əldə edirlər.

Qardaşlardan Qəşəm Niftəliyevin sözlərinə görə, gündəlik təxminən 20-30 şagird bu aksiyadan yararlanır.

Hələ  bu harasıdır ki?! Mağazada məktəblilər üçün ayrıca kitab guşəsi də var. Şagirdlər buradakı kitabları növbə ilə oxuyurlar.

Xüsusi guşədə kitab oxumaqla özlərini dünyagörüş, intellektlə mükafatlandırırlar. Sevindirici haldır ki, bu “mükafatlandırmaya” Təhsil Nazirliyi də qoşulub.

Mağaza sahibləri təşəbbüslərinə görə Təhsil Nazirliyindən təşəkkür qazanıblar. Eyni zamanda mağazada mövcud olan kitab guşəsinə Təhsil Nazirliyindən kitab hədiyyələri də göndəriləcək.

Eurasia Diary Azedu.az-a istinadla “İki qardaş” mağazasının həyata keçirdiyi aksiya haqqında videonu təqdim edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...