Türkiyənin Hatay bölgəsində yaşayan Cəmil Qaraman adlı şəxs motosikleti ilə hərəkətdə olarkən yoldan bir çox dini rəvayətlərdə adı çəkilən Əbabil quşu tapıb.
Eurasia Diary Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Əbabil quşunu tapan Cəmil Qaraman hadisə ilə bağlı bunları deyir: “Motosikletimlə yolda gedirdim. Birdən yol ortasında bir quşa rast gəldim.Onu götürüb uçurmaq istədim ancaq uça bilmədim və evə gətirdim. Sonradan bildim ki, bu Əbabil quşudur”.
O qeyd edib ki, hazırda quşa öz evində şəxsi imkanları çərçivəsində baxır.