"Dallas alıcılar klubu" filmindəki roluna görə Oskar və "Qızıl Qlobus" mükafatlarına layiq görülən amerikalı aktyor Mettyu Makkonahi buraxılışdan 31 il sonra orta məktəbi bitirmək haqqında attestat alıb.
Eurasia Diary "Report"-a istinadən xəbər verir ki, məktəbi 1988-ci ildə bitirən aktyor cümə günü orta təhsil müəssisəsinə gələrək, bu il məzun olan şagirdlər qarşısında çıxış edib.
Daha sonra ona attestat təqdim olunub.