Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi olub. Aktyor-prezident xeyli maraqlı açıqlamalar verib.
Eurasia Diary Bizimyol.info-ya istinadən xəbər verir ki, Zelenski jurnalistlərdən ona adı ilə müraciət olunmasını istəyib. Dövlət başçısı bir neçə sualdan sonra deyib: “Uşaqlar, xahiş edirəm, gəlin məni Vladimir Aleksandroviç deyə çağırmayaq. Vladimir normaldır”.
Zelenski andiçmə mərasimində xalqın yanında olacağını bildirib. O, ukraynalıların göz yaşı tökməsinə imkan verməyəcəyini söyləyib. Yeni dövlət başçısı məmurların kabinetində onun şəklini asmasının əleyhinə olduğunu da açıq deyib.