Qələbənin 75-ci ildönümündə SSRİ “unuduldu” | Eurasia Diary - ednews.net

27 İyun, Cümə axşamı


Qələbənin 75-ci ildönümündə SSRİ “unuduldu”

Maraqlı A- A A+

ABŞ-da faşizm üzərində müffətiqlərin qələbəsinin 75-ci ildönümünə həsr olunmuş nişan buraxılıb. Nişanı Amerikanın “Bradford Exchange” şirkəti hazırlayıb.

24 əyar qızılla örtülən nişanın üzərində ABŞ-ın 33-cü prezidenti Harri Trumen, ordu generalı Duayt Eyzenhauzerin təsviri var. Həmçinin ABŞ, Böyük Britaniya, Fransa bayraqları yer alır. Ancaq nədənsə müharibədə qələbənin əsas təminatçılarından olan SSRİ “unudulub”.

Nişanın üzərindəki səhvlər bununla bitmir. "4 il davam edən müharibə və çoxlu qurbandan sonra müttəfiqlər nəhayət ki, qələbə əldə etdilər",- deyə nişanın üzərində yazılıb. Halbuki müharibə 1 sentyabr 1939-cu ildə başlayıb və 2 sentyabr 1945-ci ildə Yaponiyada bitib.

İstehsalçı şirkət nişana yüksək tələbin olacağını gözləyir. Onun qiyməti 39,99 dollardır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...