Azərbaycanlı alpinist Everesti fəth etdi | Eurasia Diary - ednews.net

18 İyun, Çərşənbə axşamı


Azərbaycanlı alpinist Everesti fəth etdi

Maraqlı A- A A+

Azərbaycanlı alpinist Vadim Vokryaçko 24 mayda planetin ən yüksək nöqtəsi - Everesti (dəniz səviyyəsindən 8848 metr hündürlük) fəth edib və indi evinə qayıdır. Bu gün axşam onun Bakıya çatması gözlənilir.

Bu barədə Oxu.Az-a Vadim Vokryaçko bildirib.

Alpinistin fəaliyyətini izləyirik və onun əvvəlki fəthləri barədə yazmışdıq.

Everestə olan rəsmi ekspedisiya 15 apreldə Tibetin paytaxtı Lhasa şəhərində başlayıb. Altı ölkədən və on şəhərdən olan iştirakçılar ekpedisiyada iştirak ediblər. Everestə qalxmaq təhlükəli sayılır. Bu dağda yüzlərlə alpinistölüb, buna görə zirvəni həm də “ölüm dağı”adlandırırlar.

“Himalayan Times” qəzeti yazır ki, yaz mövsümündə Everestdə ölən alpinistlərin sayı 10-a çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...