28 May - Respublika Günü münasibətilə Dubayda Birləşmiş Ərəb Əmirliklərinin rəmzi hesab olunan dünyanın ən hündür qülləsi məşhur “Bürc Xəlifə”nin üzərində Azərbaycan dövlət bayrağı əks olunub.
Eurasia Diary xəbər verir ki, “Bürc Xəlifə”nin üzərində ölkəmizin bayrağının əks olunması Azərbaycanın Dubaydakı Baş konsulluğunun təşəbbüsü ilə reallaşıb.