SSRİ və Almaniya arasında 1939-cu ildə imzalanan və Ribbentrop-Molotov paktı kimi də tanınan hücum etməmək anlaşmasının sovet əslinin skan edilmiş görüntüləri yayılıb.
Eurasia Diary xəbər verir ki, görüntüləri Rusiyanın “Tarixi yaddaş fondu” dərc edib.
Sözügedən sənədlər ilk dəfə paylaşılıb. Əvvəllər yalnız paktın almanlara aid nüsxəsi nümayiş olunurdu.