“Putinin qızı” Katerina Tixonovanın dissertasiyası nə haqdadır? Qısa izah

Maraqlı 19:15 04.06.2019

Mayın 24-də Moskva Dövlət Universitetində nəzəri mexanika sahəsində kifayət qədər qeyri-adi bir namizədlik dissertasiyasının müdafiəsi baş tutub.

Özü-özlüyündə elmi işdə diqqətəlayiq bir şey yoxdur - bəlli praktiki tətbiqi olan adi, sıradan elmi araşdırmadır. Müdafiəni qeyri-adi edən onun müəllifidir: fizika-riyaziyyat elmləri namizədi dərəcəsinə iddia edən şəxs Katerina Tixonovadır, "Reuters" və "Bloomberg" agentlikləri, o cümlədən ABŞ-ın Maliyyə Nazirliyi onun Rusiya prezidenti Vladimir Putinin kiçik qızı olduğunu bildirirlər.

Hər bir ciddi elmi işdə olduğu kimi, bu dissertasiyanın da mövzusu adi adamlar üçün çox da anlaşılan deyil: "Vestibulyar mexanoreseptorların aktivliyi korreksiyasının riyazi vəzifələri".

BBC Rus Xidməti müdafiə üçün hazırlanmış və MDU-nun saytında dərc edilmiş sənədlərlə tanış olaraq dissertasiyanın məzmunu və mənası haqqında maksimum qısa və aydın məlumat hazırlayıb.

Kosmonavtların "dəniz xəstəliyi"

İnsanda Aristotelin təsvir etdiyi beş hissdən başqa (görmə, eşitmə, dad bilmə, iy bilmə, toxunma) da hissləri var. Onlardan biri ekvibriosepsiya, yəni müavinət hissidir.

Müvazinət bizim vestibulyar aparatımızın - daxili qulaqda yerləşən qəliz orqanın fəaliyyətini təmin edir . Onun reseptorları başın hərəkətini izləyir, Yer cazibəsinin vektoruna (yəni istiqamətinə) nəzarət edir və bədənin vəziyyəti və sürət barədə beyinə lazımi siqnallar göndərir.

Reseptorlar son dərəcə həssas olduğu üçün onları qarışdırmaq, çaşdırmaq asandır - məsələn, yerinizdə bir müddət fırlanmanız kifayətdir, sizə elə gələcək ki, yer ayağınızın altında tərpənir.

Dəniz xəstəliyi də bunun kimidir: görüntüylə bağlı informasiya vestibulyar aparatdan gələn siqnalla üst-üstə düşmür və insan yırğalanmağa başlayır.

Vestibulyar aparat üçün əsas "istinad nöqtəsi" Yerin cazibə qüvvəsi olduğu üçün o, çəkisizlik mühitində və ya hədsiz yüklənmə halında da normal fəaliyyət göstərə bilmir. Gözlər hərəkəti fiksasiya edir, amma vizual informasiya daxili qulağın reseptorları tərəfindən təsdiq olunmur və bu, beyni çaşdırır.

KosmonavtFotonun müəllifiGETTY IMAGES

Katerina Tixonovanın elmi işi məhz bu problemə həsr olunub. Daha dəqiq demiş olsaq, vestibulyar aparatdan beyinə gələn siqnalları korreksiya etməklə, alışılmayan cazibə mühitində və ya xəstəlik zamanı normal müvazinət hissinin bərpa olunmasına.

Heç şübhəsiz, dissertasiya üzərində iş bir neçə il davam edib. İstifadə olunmuş ədəbiyyat siyahısında mövzuyla əlaqəli, müəlliflərdən birini Katerina Tixonova olduğu 12 elmi məqalə sadalanıb (2012-2019).

Hissləri aldatmaq

Korreksiya üsulu, yəni, QVS (Qalvanik Vestibulyar Stimulyasiya) texnologiyası az qala bir əsrdir ki, məlumdur. İnsanın başına elektrodlar taxılır və 9 voltdan da az elektrik cərəyanı verilərək vestibulyar aparatı stimullaşdırılır. Pasientdə özünün hərəkətdə olmasıyla bağlı illüziya yaranır, məkanda orientasiya dəyişikliyi hissi yaranır, əzələləri gərilir, gözləri hərəkət edir.

İllüziyalar vasitəsilə insanların hərəkətini idarə etmək üçün bir neçə il əvvəl Yaponiyada hətta qulaqcığa bənzər cihaz da yaradılıb. O, ilk növbədə kompyuter stimulyatorlarını və əyləncə parklarını xoşlayanlar üçün nəzərdə tutulmuşdu.

Dirək üzərində tarazlığını saxlayan insan

Fotonun müəllifi GETTY IMAGES Image caption

Hesab olunur ki, insanda beş hiss var, halbuki müxtəlif hesablamalara görə, onların sayı doqquzdan az deyil və biri də müvazinət hissidir. Katerina Tixonovanın dissertasiyası bu hiss haqqındadır.

Zəif, heç hiss olunmayan elektrik cərəyanı tərpənmədən oturmuş insanda "müvazinətini qorumaq üçün" hansısa tərəfə əyilmək arzusu yaradır.

Katerina Tixonovanın dissertasiyasında anoloji araşdırmalar vestibulyar aparatın riyazi modellərinə əsasən aparılıb. Müəllif korreksiya üçün iki variant və hər birinə uyğun texnologiya təqdim edib.

Birincisi - illüziyanın proqram imitasiyasıdır, pilotlar üçün təlim stimulyatorlarını yaxşılaşdırmaq və onlara daha çox reallıq təmin etmək üçündür.

İkincisi - sensorların qeyri-adekvat reaksiyasının korreksiyası çəkisizlik şəraitində olan kosmonavtlar üçün nəzərdə tutulub və cihazların (məsələn, sürət sensorunun) göstəricilərindən asılı olaraq normal müvazinət hissinin bərpasına yardım edir.

Bu texnologiyanı MDU hələ 2013-cü ildə potentləşdirib, amma dissertasiya üzərində iş daha altı il davam edib.

23 mayda MDU-nun rektoru Viktor Sadovniçiy "Kommersant" qəzetinə müsahibəsində Tixonovanın aspirant olduğunu və müdafiənin möhtəşəm keçəcəyini bildirib.

O, Tixonovanın işinin özününküylə (kosmonavtların vestibulyar aparatlarının stimulyasiyası üçün məşq aparatıyla) analogiya təşkil etdiyini deyib. Sadovniçiyin sözlərinə görə, həmin işə görə o, Qırmızı Əmək Bayrağı ordeniylə təltif olunub.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı