Binəli Yıldırım türkü oxudu - VİDEO | Eurasia Diary - ednews.net

21 Avqust, Çərşənbə


Binəli Yıldırım türkü oxudu - VİDEO

Maraqlı A- A A+

Bələdiyyə seçkilərində “Cümhur İttifaqı”ndan İstanbulun bələdiyyə sədri vəzifəsinə namizəd Binəli Yıldırım Şanlıurfaya səfəri zamanı mahnı oxuyub.

Eurasia Diary “Haber7”-ə istinadən məlumat verir ki, B.Yıldırım Şanlıurfa bələdiyyəsinə baş çəkərkən onu əlilliyi olan  bir qrup şəxsdən ibarət “Mehtəran” qrupu qarşılayıb.

“Urfalıyam əzəldən”i ifa edən gənc mahnının ardını oxuması üçün mikrofonu sabiq Baş nazirə uzadıb. B.Yıldırım təklifdən imtina etməyərək, oxumağa başlayıb.

Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində İstanbulun bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizəd olan Əkrəm İmamoğlu 4,169 milyon, B.Yıldırım isə 4,156 milyon səs toplamışdı.

Lakin Türkiyə Ali Seçki Komissiyası pozuntu iddialarını və etirazları nəzərə alaraq, İstanbulda bələdiyyə seçkilərinin ləğvi və yenidən keçirilməsi barədə qərar verib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...