Ronaldo xəstə uşağa görə avtobusu dayandırdı - VİDEO | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


Ronaldo xəstə uşağa görə avtobusu dayandırdı - VİDEO

Maraqlı A- A A+

Portuqaliya millisi və "Yuventus"un forvardı Kriştianu Ronaldu kiçik azarkeşlə şəkil çəkdirmək üçün yığma komandanın avtobusunu dayandırıb.

Eurasia Diary Report-a istinadən xəbər verir ki, hadisə Portuqaliya yığması Millətlər Liqasının finalında Hollandiya millisi ilə qarşılaşmaq üçün keçdiyi növbəti məşqdən qayıdan zaman baş verib.

Bildirilir ki, leykemiya xəstəsi olan 11 yaşlı uşaq əlində "Kriştianu Ronaldu, qucaqla məni" yazılarının olduğu plakatla yol kənarında dayanıb. Həmin uşağı görən Ronaldu avtobusu dayandırıb və onun xahişini yerinə yetirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...