Türkmənbaşı hədəflərə velosipeddən atəş açdı - VİDEO | Eurasia Diary - ednews.net

16 İyul, Çərşənbə axşamı


Türkmənbaşı hədəflərə velosipeddən atəş açdı - VİDEO

Maraqlı A- A A+

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tapançadan atəş açmaq bacarığını bir daha nümayiş etdirib.

Eurasia Diary bildirir ki, bu barədə hökumətin rus dilində nəşr olunan “Neytral Türkmənistan” qəzeti xəbər yayıb.

Qeyd olunur ki, gecəyarısından sonra o, milli ordunun qoşunlarını dərhal döyüş hazırlığı vəziyətinə gətirmək barədə əmr verib. Hərbi hissələrin şəxsi heyətləri həyəcan siqnalı ilə ayağa qaldırılıb. Döyüş təyyarələri və vertolyotlar tədris təlim mərkəzinə yollanıblar.

Təlimlər bitdikdən sonra Q.Berdiməhəmmədov velosipedə əyləşib və üç hədəfə dəqiq atəş açıb.

Nəşr onu da qeyd edir ki, Türkmənistan Prezidenti müxtəlif silah növlərindən atəş açmaq bacarığını tabeliyində olanlara müntəzəm olaraq nümayiş etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...