Kikboksinq üzrə peşəkar döyüşçü, K-1 qaydasız döyüş növü üzrə dünya çempionu Zabit Səmədov Çeçenistan lideri Ramzan Kadırovla Minskdə döyüş keçirib.
Eurasia Diary xəbər verir ki, bu barədə idmançı İnstaqram hesabında paylaşım edib.
Videoda görünür ki, döyüş məşq xarakteri daşıyır. Səmədov II Avropa Oyunlarına fəxri qonaq kimi dəvət olunan Kadırovu Minskdə görməyinə şad olduğunu bildirib.