Avropa Komissiyası rəhbəri Jan-Klod Yunker daim öz qəribə hərəkətləri ilə diqqəti cəlb edən siyasi fiqurlardan biri olub.
Yunker Avropa Komissiyası toplantılarına içkili gəlməsi, Komissiya iştirakçılarının ünvanına sərt sözlər deməsi, müxtəlif maraqlı jestləri, məşhur siyasətçilərə əl zarafatları etməsi, önəmli tədbirlərə içkili vəziyyətdə qatılması və ayaqda dura bilməməsi və s. kimi hərəkətləri ilə tez-tez Avropa və dünya mətbuatının gündəminə çevrilib.
Bəs Yunker kimdir?
Jan-Klod Yunker 9 dekabr 1954-cü ildə Luksenburqda dünyaya göz açmış məşhur siyasətçidir. İxtisasca hüquqşunasdır və 1975-ci ildə Strabsurq universitetinin hüquq fakültəsindən məzun olub.
40 ildən çoxdur ki, siyasətlə məşğuldur. Siyasi kariyerasında ən önəmli hadisələrdən biri 1995-ci ildə Luksenburqun baş naziri seçilməsi olub. Bundan əvvəlsə o, ölkənin maliyyə naziri vəzifəsini icra edib.
Yunker 2013-cü ilə qədər baş nazirlik vəzifəsini icra edib.
2014-cü ildə keçirilən Avropa Parlamenti seçkilərində Avropa Komissiyası rəhbərliyinə Avropa Xalq Partiyası tərəfindən namizəd göstərilmiş və seçkilərdən uğurla ayrılaraq 1 noyabrdan etibarən bu quruma rəhbərlik etməyə başlamışdır.
Qeyd edək ki, bu il Yunkerin Avropa Komissiyasına rəhbərliyinin sonuncu ilidir.
Məşhur Avropa siyasətçisi Yunkerin həm gülüş, həm də maraq doğuran görüntülərini izləyicilərimizlə bölüşürük: