Futbolçu ilə zarafat etdi, bir anda məşhurlaşdı - VİDEO | Eurasia Diary - ednews.net

16 İyul, Çərşənbə axşamı


Futbolçu ilə zarafat etdi, bir anda məşhurlaşdı - VİDEO

Maraqlı A- A A+

30 yaşlı braziliyalı qadın hakim Fernanda Kolombo matç zamanı təkcə gözəlliyi və peşəkarlığını deyil, həm də yumor hissini də nümayiş etdirib.

Eurasia Diary “Qafqazinfo”-a istinadən xəbər verir ki, hadisə Ekvador çempionatı çərçivəsində keçirilən matçların birində baş verib. Belə ki, oyunçulardan biri qaydanı pozduğu vaxt, qadın hakim özünü cibindən sarı kart çıxarırmış kimi göstərib, amma daha sonra gülümsəyərək cibindən yaylıq çıxarıb alnını silib.

Sözügedən görüntülər qısa vaxt ərzində minlərlə baxış sayı toplayıb. Fernandanın bu zarafatını sosial şəbəkə istifadəçiləri yüksək dəyərləndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...