Dubay hakiminin Londonda gizlənən həyat yoldaşı Şahzadə Həya bint Hüseyn KİMDİR?

Maraqlı 10:54 04.07.2019

Oksford Universitenin məzunu, Haşimilər sülaləsinin üzvü, Dubay hakiminin həyat yoldaşı Şahzadə Həya

Bir neçə gündür dünyanın bir çox KİV-ləri "Dubay hakimi Məhəmməd bin Raşid Al Maktumun həyat yoldaşının qaçması", onun Avropa ölkələrindən birində yaşaması və Dubay hakiminindən boşanma iddiası qaldırması haqqında yazır. 

Şahzadə Həya, Almaniyada sığınacaq tələb etmiş və buna prinsipial razılığa nail olmuşdur. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, o, İngiltərədədir, 11 yaşlı  qızı Cəlilə və 7 yaşlı oğlu Zayed ilə Londonda gizli bir yerdə yaşayır.

Həya xanımın ötən ay İngiltərədə keçirilən atçılıq müsabiqəsində 69 yaşlı həyat yoldaşı Məhəmməd bin Raşid ilə yanaşı olmaması da diqqəti cəlb etmişdir, belə ki, onlar həmişə bu cür tədbirlərdə birgə iştirak edərdilər.

Geri qaytarmaq cəhdləri:

 

Şahzadə Həya bint əl-Hüseyn Oksfordun məzunudur

Media qaynaqları Şeyx Məhəmməd bin Raşidin Əbu Dabinin Şahzadəsi və Birləşmiş Ərəb Əmirlikləri Dövlətinin faktik hökmdarı Məhəmməd bin Zayedlə birlikdə Atçılıq yarışlarının açılışından əvvəl Almaniyaya səfər etməsi, bu səfərin uğursuzluqla başa çatması və Almaniya hakimiyyət orqanlarının Şahzadənin geri qaytarılması ilə bağlı tələbi qəbul etməməsi barədə xəbərlər də yayırlar. Bir çox xəbər mənbələrinə görə, BƏƏ-dəki bir Alman diplomatı Şahzadə Həyanın Dubaydan qaçmasına yardımçı olmuşdur.

Məhəmməd bin Raşidin KİV-lər tərəfindən geniş yayımlanan qəzəb və hüznlə dolu  qəsidəsi belə iki tərəf arasında barışıq yarada bilmədi.

Qeyd edilməlidir ki, Məhəmməd bin Raşid 6 dəfə evlənmiş, onun 23 övladı vardır.

Qərb mediasında Ərəb, xüsusilə Körfəz ölkələrində yüksək divarlar əhatəsində yaşayan hökmdar ailələrinin sirlərlə dolu həyatı barədə müfəssəl məlumatlar nəşr olunur.

Ana itkisi

45 yaşındakı Şahzadə Həya İngiltərədə xüsusi orta məktəblərdə oxuduqdan sonra İngiltərə və xarici ölkələrdə gələcək siyasətçilərin yetişdiyi Oksford Universitetində təhsil almışdır. O, İordaniya hökmdarı Abdulla  bin əl- Hüseyinin atabir bacısıdır, anası Kraliça Aliya 1977-ci ildə vertolyot qəzasında həlak olmuşdur. 

Ərlə arvad Britaniyada keçirilən atçılıq yarışlarında həmişə birlikdə olmuşlar

Şahzadə Həya hələ uşaq yaşlarından, anasını itirəndən sonra atçılıqla məşğul olmuşdur. 2014-cü ildə ABŞ-ın CNN kanalına müsahibəsində demişdir ki, anasını itirdikdən sonra kədər və hər şeyə antipatiya hisslərilə dolu, atlarla bağlı bir həyat sürmüşdür.

1992-ci ildə Dəməşqdə keçirilən VII ərəb oyunlarında iştirak edərək bürünc medal qazanmışdır. 2000-ci ildə Sidney olimpiadasında İordaniyanı təmsil etmiş, iki il sonra isə İspaniyada təşkil olunmuş Beynəlxalq atçılıq yarışlarında  maneələri dəf etmək müsabiqəsində ölkəsinin şərəfini qorumuşdur.

2004-cü ildə Şahzadə Həya Məhəmməd bin Raşidlə ailə həyatı qurmuş, ondan iki övladı dünyaya gəlmişdir, 2014-cü ilə kimi 8 il ərzində ardıcıl şəkildə Beynəlxalq atçılıq idmanı federasiyasına rəhbərlik etmişdir.

Bir müddət Dubayda Atçılıq klubunun sədri olmuşdur. Keçən yanvar ayında instiqramında yaydığı videoda atçılıq idmanına qayıtdığını bildirmişdi.

Altı yaşı olanda atası Hüseyn Həyaya at hədiyyə etmişdi

Qeyd edilir ki, Məhəmməd bin Raşid Britaniyada ən böyük atçılıq təsərrüfatına sahibdir, bu sahəyə qoyduğu investisiyanın məbləği bir neçə milyard funt sterlinglə ölçülür.

Deyli Teleqraf qəzeti yazır ki, Məhəmməd bin Raşidin İngiltərənin Nyumarket bölgəsində yerləşən atçılıq ferması dünyanın ən nəhəng təsərrüfatıdır, buranın 1500 işçisi vardır, 4500 at saxlanılır, sahəsi tövlə ilə birlikdə 10 min fəddandır.

 

BBC,  Ərəb redaksiyası.

Ərəb dilindən tərcümə edən fəlsəfə doktoru Zakir Qasımov

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Səməd Seyidov: "Türk dünyası böyük bir fenomenə çevrilib"
14:40 25.04.2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"
14:32 25.04.2024
Elmira Süleymanova vəfat etdi
14:14 25.04.2024
"Bu dünya iqtisadiyyatının sonu ola bilər..." – İngilis politoloqla Eksklüziv ŞƏRH
14:00 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:55 25.04.2024
Hamısı